Berlində 2040-cı ilədək bir milyon ağac əkiləcək
Berlin, 3 noyabr, AZƏRTAC
Berlin əyalət parlamentinin qəbul etdiyi yeni qanuna əsasən 2040-cı ilədək şəhərdə bir milyon ağac əkiləcək.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, paytaxtın iqlim dəyişikliyinə davamlılığını artırmaq və yaşıl sahələri əhəmiyyətli dərəcədə genişləndirmək məqsədi daşıyan qanuna əsasən şəhərdəki ağacların sayı 15 il ərzində təxminən iki dəfə artırılacaq. Layihənin ümumi dəyəri 3,2 milyard avro təşkil edir.
“Ağac Təşəbbüsü” (Baum Entscheid) adlı vətəndaş təşəbbüsünün təklifi əsasında hazırlanan qanun layihəsi bəzi düzəlişlərdən sonra şəhər parlamentində təsdiqlənib. Vətəndaş təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsinin demək olar ki, dəyişdirilmədən qəbul olunması Berlin tarixində ilk dəfə baş verir. 2018-ci ildə oxşar təşəbbüs nəticəsində şəhərin “Mobillik qanunu”na edilən dəyişikliklərlə velosiped infrastrukturunda da mühüm irəliləyişlər əldə olunmuşdu.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]