Beyləqanlı məktəblilər Azərbaycan Uşaq Təkilatına üzv qəbul olunmuşlar
Beyləqan, 11 may (AZƏRTAC). Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Uşaq Təşkilatı Beyləqan rayon şöbəsinin təşkilatçılığı ilə 500-dək 1-ci sinif şagirdi təşkilata üzv qəbul olunmuşdur.
AZƏRTAC xəbər verir ki, müəllim və şagirdlər əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmiş, önünə çiçək dəstələri düzmüşlər.
Azərbaycan Respublirikası Uşaq Təşkilatı Beyləqan rayon şöbəsinin rəhbəri Əhməd Kərimov, müəllim və valideynlər mərasimdə çıxış edərək uşaqları təbrik etmiş, onlara ulu öndərin vəsiyyyətlərinə bütün həyatları boyu əməl etməyi tövsiyə etmişlər.
Şagirdlər ulu öndər Heydər Əliyevə, Vətənə aid şeirlər söyləmişlər. Sonra uşaqlara təşkilatın vəsiqələri təqdim olunmuşdur. Təşkilatın yeni üzvləri ümummilli liderin abidəsi önündə xatirə şəkli çəkdirmişlər.
Xatırladaq ki, ənənə halını almış bu tədbir Beyləqanda artıq 5-ci ildir ki keçirilir. Azərbaycan Respublikası Uşaq Təşkilatı Beyləqan rayon şöbəsi öz ətrafında 5500 uşağı birləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]