Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi dinlənilib
Bakı, 28 aprel, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı ABŞ-ın (Manhetten, Nyu-York) onlayn şəkildə keçirilən Fənlərarası Araşdırma və Təcrübə Sahəsində Təkamül Trendlərinin 2-ci Beynəlxalq konfransında iştirak edib.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, beş ölkədən 22 nümayəndənin iştirak etdiyi bölmədə alim “Dünya eposları arasında “Dədə Qorqud”un yeri və mövqeyi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin R.Qafarlının “Kitabi-Dədə Qorqud”un - türk dünyasının ən möhtəşəm ədəbi abidəsinin struktur-semantik özəllikləri” mövzusunda 40 dəqiqəlik məruzəsi Türkiyənin İKSAD şirkətinə məxsus özəl televiziya kanalı vasitəsilə may ayının əvvəllərində yayımlanacaq proqrama salınıb.