Azərbaycan Dövlət İnformasiya Agentliyi

BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTUNDA GÖRÜŞ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 8-də Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş keçirilmişdir.

Görüşdə Yaponiyanın təhsil və elm naziri, ölkənin sabiq baş naziri, sabiq xarici işlər naziri, tanınmış elm xadimləri, nüfuzlu diplomatlar, səfirlər, iş adamları, hərbçilər, Yaponiyanın Bakıdakı keçmiş səfiri, hazırda Yaponiya Xarici Əlaqələr İnstitutunun idarəedici direktoru olan Toşiyuki Fucivara, Yaponiya ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Ümumiyyətlə, görüşə 120 nəfər dəvət olunsa da, 150-dən çox adam gəlmişdi.

İnstitutun prezidenti Yukio Yato Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla salamladı.

Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Cənab Yukio Yato Azərbaycan Prezidentinin tərcümeyi-halı barədə qısa məlumat verdi.

Prezident İlham Əliyev görüş iştirakçıları qarşısında geniş mühazirə ilə çıxış etdi. Yaponiyaya səfərinin uğurlu başlandığını bildirən dövlətimizin başçısı ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən çox məmnun olduğunu vurğulayaraq dedi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya bizimlə əməkdaşlığa başlayan ilk dövlətlərdən biri olmuşdur. 1998-ci ildə Azərbaycan Prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevin Yaponiyaya səfərinin əlaqələrimizin inkişafında xüsusi rolu olmuşdur. 1996-cı ildən başlayaraq, Azərbaycanda iqtisadi artım ildə orta hesabla 10 faiz təşkil etmişdir. Keçən il bu rəqəm 26 faizdən yuxarı olmuş, sənayedə isə artım 33 faiz təşkil etmişdir ki, bunlar da dünyada rekord göstəricilərdir.

Dövlətimizin başçısı regionda siyasi vəziyyətə toxunaraq bildirdi ki, Qafqazda münaqişələr mövcuddur. Azərbaycanı bu regionda sabitlik ərazisi hesab etmək olar və qonşularla gözəl münasibətlər qurmuşuq. Azərbaycan təbii sərvətlərinə, yerləşdiyi coğrafi mövqeyinə görə cəlbedici bir ölkədir, ona böyük maraq var. Lakin biz Azərbaycanı başqa dövlətlərin rəqabət meydanı deyil, bütün dövlətlərin, onların şirkətlərinin qarşılıqlı maraqlar əsasında fəaliyyət göstərdiyi bir ərazi kimi görmək istəyirik.

Azərbaycan Prezidenti son iki il yarım ərzində ölkəmizdə 340 min yeni iş yerinin açıldığını, yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü, bu problemin həllinin qarşıda duran əsas məqsədlərdən olduğunu, sosial proqramların həyata keçirildiyini bildirdi. Eyni zamanda vurğuladı ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin olması sosial sahədə ciddi problemlər yaradır. Ermənistan Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlayır, etnik təmizləmə siyasəti həyata keçirir. Bunun da nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan əhalisinin sayına nisbətdə qaçqın və məcburi köçkünlərin sayına görə dünyada ən ağır vəziyyətdə olan ölkədir. Dövlətimizin başçısı münaqişənin mənşəyində separatizmin durduğunu, siyasi, hüquqi və tarixi nöqteyi-nəzərdən ədalətin bərpa olunacağına əminliyini ifadə etdi. Xüsusi vurğuladı ki, Dağlıq Qarabağ tarixən heç vaxt Ermənistan ərazisi olmamışdır. Ermənilər bu ərazilərə sonradan köçüb gəlmişlər, toponimlərin heç biri erməni mənşəli deyildir. Onlar yalnız buraya köçüb gələndən sonra yer adlarını dəyişmişlər. Prezident buna nümunə kimi Xankəndi şəhərini misal gətirdi.

Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün bütün dövlətlər, o cümlədən BMT tərəfindən tanındığını, yalnız Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bildirən dövlətimizin başçısı İlham Əliyev dedi ki, ölkəmizin ərazi bütövlüyü məsələsi danışıqlar mövzusu deyildir. Danışıqların mövzusu işğal edilmiş torpaqların geri qaytarılması, etnik təmizləmə və təcavüz qurbanı olan insanların geri qaytarılması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsidir. Bütün bunlar beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmalıdır. Biz münaqişəni danışıqlar yolu ilə həll etməyə ümid edirik. Beynəlxalq birlik münaqişənin həllində daha fəal rol oynamalıdır. Çünki münaqişə, bütövlükdə, regionun inkişafı üçün ən böyük maneədir.

Dövlətimizin başçısı daha sonra bildirdi ki, Azərbaycanın neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmizin ərazisindən milyardlarla dollar dəyərində olan boru kəmərləri çəkilməkdədir və onlar tezliklə işə düşəcəkdir. Avropada son dövrlərdə qaz böhranı baş verdi və indi bu ölkələr alternativ enerji mənbələri axtarırlar. Azərbaycan bu enerji mənbəyi rolunu oynaya bilər.

Dövlətimizin başçısı Azərbaycanda tarixən dini tolerantlığın mövcudluğunu da xatırladaraq dedi ki, biz bu baxımdan təcrübəmizi dünya dövlətləri ilə bölüşə bilərik.

Prezident İlham Əliyev Yaponiya ilə münasibətlərə də toxundu. Dünyanın inkişaf etmiş bu dövləti tərəfindən Azərbaycana böyük həcmli kreditlərin ayrıldığını, qrantların verildiyini xatırlatdı və bildirdi ki, ölkələrimiz arasında çoxlu ümumi cəhətlər var. Bu, milli ənənələrə, böyüklərə və digər xalqlara hörmət hissidir. Dövlətimizin başçısı Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərinə dövlətimizə və xalqımıza xüsusi hörmətlə yanaşdıqlarına görə təşəkkür etdi.

Sonra Prezident İlham Əliyev görüş iştirakçılarının Azərbaycan-Yaponiya əlaqələri, iqtisadi əməkdaşlığın perspektivləri, ölkəmizin neft strategiyası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və dini tolerantlıqla bağlı suallarına ətraflı cavab verdi.

İnstitutun prezidenti Yukio Yato dövlətimizin başçısına dərin məzmunlu mühazirəsinə, suallara verdiyi məntiqli və əhatəli cavablara görə görüş iştirakçıları adından təşəkkür etdi, bunun institutun tarixində ən dəyərli görüş kimi qalacağını, yaddaşlarda dərin iz buraxacağını bildirdi. Cənab Yukio Yato görüşdən xatirə olaraq, Prezident İlham Əliyevə institutun adından hədiyyə təqdim etdi.

Görüşdən sonra iştirakçılar Prezident İlham Əliyevə yaxınlaşaraq səmimi görüşüb söhbət etdilər, dərin məzmunlu mühazirəsinə görə təşəkkürlərini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi