Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Beynəlxalq Talassemiya Günü ilə əlaqədar tədbir keçirilib

Bakı, 6 may, AZƏRTAC

Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 May - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar tədbir keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru Valeh Hüseynov, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Türkiyədən dəvət edilmiş mütəxəssislər, QHT-lərin nümayəndələri və Mərkəzin həkimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Zaur Əliyev bildirib ki, 2020-ci ilin aprel ayından “Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunur. 2020-ci ilin aprel ayından 2022-ci ilin may ayına qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində 39 nəfər sümük iliyi transplantasiyası əməliyyatı olunub. Əməliyyat olunanların 26-sı 1-12 yaş arası uşaqlardır. Z.Əliyev qeyd edib ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr Dövlət Proqramına uyğun olaraq ödənişsiz həyata keçirilir. Eyni zamanda, əməliyyata hazırlıq dövründə istifadə edilən dərmanlar, kök hüceyrələrin xəstənin immun sistemi tərəfindən qəbul olunması üçün təyin olunan immunosupressiv dərmanlar da xəstələrə ödənişsiz verilir.

Sonra çıxış edən Vüqar Qurbanov talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, talassemiya irsi qan xəstəliyidir ki, bu da öz növbəsində insanlar arasında əlliliyin artmasına və kritik hallarda ölüm hadisələrinə gətirib çıxarır: “Ötən illər ərzində dünya tibb elminin inkişafı Azərbaycanda talassemiyalı uşaq və böyüklərin müalicəsi sahəsində də mühüm irəliləyişə səbəb olub. Hazırda Azərbaycanda talassemiyanın müalicəsi sahəsində böyük dönüş müşahidə olunur”. V.Qurbanov 2022-ci ilin yanvar ayında Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən xəstələr üçün 20 adda dəyəri yüksək və ən çox tələb olunan dərman preparatlarının təhvil verildiyini bildirib.

Tədbirdə Nadir Zeynalov, Valeh Hüseynov və Məlahət İbrahimqızı çıxış edərək dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Sonra yerli və türkiyəli mütəxəssislərin “Talassemiyada genotip fenotip əlaqəsi”, “Yeni nəsil xelatoların kliniki praktiki tətbiqi”, “Talassemiya və Oraq hüceyrəli anemiyanın təqibi: xəstə-həkim əməkdaşlığı” mövzularında çıxışları dinlənilib.

Sonda Leyla xanım Əliyevanın təşəbbüsü ilə talassemiyalı xəstələrə distant təhsil verən türkiyəli həkimlərə göstərdikləri xidmətə görə təşəkkürnamələr təqdim edilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəran kənd seçki dairəsindən iki məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 3 məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

Psixoterapevt: Uşaqları istəklərinə və maraqlarına uyğun kurslara yönəltmək daha uyğundur

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında 13 faizlik artım qeydə alınıb

Azərbaycanın işgüzar turizm potensialı Moskvada təbliğ olunur

Səyyar “ASAN xidmət” Xaçmazda

“Sərhədçi” heyətini amerikalı basketbolçu ilə gücləndirib

Şəkidə “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” keçirilir

BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

® Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir

Moskva və bütün Rusiyanın Patriarxı Azərbaycanı nümunəvi dövlət adlandırıb

“Qurdoğlu” tarixi romanı işıq üzü görüb

Azərbaycan Dünya Köçəri Oyunlarında növbəti medalı əldə edib

Azərbaycan klubu daha bir amerikalı basketbolçu transfer edib

Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar

“Forbes”: İqlim böhranı məktəblilərə yaxşı təhsil almağa mane olur

Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısına ev sahibliyi edəcək

"Trump Media" kompaniyasının səhmləri 17 faiz ucuzlaşıb

Azərbaycanda blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsində AYİB-in iştirakı müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunda insan sağlamlığına töhfə verən beynəlxalq səviyyəli tədqiqatlar aparılır

Azərbaycan Dünya Köçəri Oyunlarında dördüncü medalını qazanıb

Bu il əsas kapitala yönəldilmiş investisiyaların 72 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Ağdamda 55 yaşlı kişini ilan sancıb

® “Coca-Cola” Fondunun dəstəyi ilə yeni ekoloji layihəyə start verilib

Koreyanın səhiyyə və icbari tibbi sığorta sistemi sahəsində qazandığı təcrübələr öyrənilir

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü “Ana tarla” tamaşası ilə açıb

Naxçıvanda ÜDM istehsalı 950 milyon manatı ötüb

Maks Ferstappen: Bakı bolidi idarə etmək üçün çətin trekdir

Türkiyənin Somaliyə araşdırma gəmisi göndərəcəyi tarix açıqlanıb

Naxçıvanda vergi daxilolmaları 32 faizdən çox artıb

Ortaq Türk Əlifbasındakı hərflərin Türk dillərində mövcud olan fonemləri əks etdirməsinə xüsusi diqqət yetirilib AÇIQLAMA

“SpaceX” açıq kosmosa tarixi turist səyahəti təşkil edib

Vyetnamda qasırğa qurbanlarının sayı 140 nəfəri ötüb

Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər

Daşqınlar Nigeriya zooparkını dağıdıb, timsahlar yaşayış məntəqələrinə axışıb

Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir

NATO-nun yeni Baş katibi oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq

Bakı Uşaq Teatrı Elistada keçirilən festivalda iştirak edir

ABŞ Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə edəcək?

® “Azercell”dən “Litres” və “Busuu” tətbiqlərindən pulsuz istifadə imkanı

Paytaxtda yeni su və kanalizasiya layihələri icra olunur

Odessanın mərkəzində Gəncəyə istiqaməti göstərən nişan qoyulub

Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir

Respublika ərazisində təhlükəsizlik aylığı keçirilir

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçiriləcək ixtisas imtahanına qeydiyyat aparılır

Zəhmətli olsa da, gəlirlidir - Küncüt sahəsindən reportaj VİDEO

“Neftçi” daha üç legioner basketbolçu ilə anlaşıb

Gömrükçülər ölkəyə 25 kiloqramdan artıq qanunsuz gümüş gətirilməsinin qarşısını alıb

Əhalinin hər bir nəfəri pərakəndə ticarət şəbəkələrindən orta hesabla ayda 456 manatlıq mal alıb

Yasamalda uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Mərkəzi Bank və AYİB yaşıl keçidlə bağlı icra olunacaq təşəbbüslərə dəstək imkanlarını müzakirə edib

Göygöldə Azərbaycanın ilk Moruq Festivalı keçiriləcək

Bu il ölkədə sənaye məhsulu istehsalı 42 milyard manatı ötüb

Dram Teatrında “Ledi Maqbet” tamaşasının məşqləri başlayıb

BANM tələbəsi “Huawei Azerbaijan”ın “Seeds for the Future” proqramında iştirak edib

Formula 1-in yaponiyalı pilotu: Bakıdakı yarış hər zaman gərgin və maraqlı keçir

“Azərkosmos” Mozambik təmsilçilərinə kosmik sahədə radiotezliklərin idarə edilməsinə dair ilkin texniki biliklər təqdim edib

Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək

FHN-in komandası yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatında yüksək nəticə göstərib VİDEO

Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

“Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib

Şagirdlərin uğur qazanmasında ailə mühitinin rolu nədir? - OECD-nin hesabatı

Azərbaycan və Qazaxıstan arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub VİDEO

® ABB-nin səhmlərinə abunə yazılışı başa çatıb!

Əhalisi sürətlə qocalan Çində pensiya yaşı qaldırıla bilər

Beynəlxalq Muğam Mərkəzində LAGOM simli kvartetinin konserti olub

Qobustan GES üzrə hərrac prosesinin gedişatı AYİB ilə qiymətləndirilib

Sosial sığorta haqları üzrə daxilolmalar 10 faizdən çox artıb

İsrail helikopteri Qəzzada qəzaya uğrayıb

Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edilir

Avstraliyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir

“YAŞAT” Fondunun şəhidlərimizin övladlarına dəstək tədbirləri davam etdirilir

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Səid Nəcəfzadə: Prezident tərəfindən təltif olunmaq qürurverici və sevindiricidir

AzMİU-da “TələbəPlus” kartı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb

Paralimpiya çempionu: Dövlətimizin başçısının məni “Şöhrət” ordeninə layiq görməyi çempionluqlardan daha önəmlidir

Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

FHN: Ötən sutka ərzində 55 halda yanğına çıxış olub VİDEO

İnam Kərimov: Məhkəmə sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir

Oftalmoloqlar kataraktadan qorunmağın yollarını açıqlayıb

BMU İndoneziyanın dövlət universiteti ilə əməkdaşlıq əlaqələri qurur

Azərbaycan Astara-Bakı-Həştərxan marşrutu ilə konteyner qatarının buraxılması imkanlarını nəzərdən keçirir

Kanadalı nazir müavini ilə psixiatriya və psixologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Respublikaçılar Baydeni Kiyevə Rusiyanı vurmağa icazə verməyə çağırırlar

® Zaqatalada “Sıfır Tullantı” həmrəylik marafonu keçirilib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

Budəfəki hərracda dövlətə məxsus 20 nəqliyyat vasitəsi satılıb

Azərbaycan komandası 47-ci Beynəlxalq “WorldSkills” yarışlarında iştirak edir

Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlanılıb

Paralimpiya Oyunlarının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Dövlət dəstəyi aqrar sığortanı hər bir fermer üçün əlçatan edib – Salyanda fermerlərlə görüş

Beynəlxalq Muğam Mərkəzində kino və musiqi axşamı olub