ELM VƏ TƏHSİL
BEYNƏLXALQ TƏHSİL MƏRKƏZİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
“Azərbaycan və ABŞ təhsildə birgə fəaliyyət göstərir” devizi ilə proqram həyata keçirən ABŞ-ın Beynəlxalq İnkişaf və Yardım Agentliyinin (ADRA) Ağcabədidəki təhsil mərkəzində 835 dinləyici müxtəlif ixtisaslara yiyələnmişdir. İki il əvvəl fəaliyyətə başlayan təhsil mərkəzi lazımi texnoloji avadanlıqlarla təchiz edilmişdir.
ADRA təhsil mərkəzinin əlaqələndiricisi Qüdrət Balakişiyev AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda dinləyicilər ingilis dili, kompüter, tikiş, biznes, mühasibat, bərbər-kosmetoloq, kompüter təmiri və İnternet ixtisaslarına yiyələnirlər. İndiyədək 1500 məzuna sertifikatlar təqdim olunmuşdur. Mərkəzdə “ İngilis dili klubu” fəaliyyət göstərir.