CƏMİYYƏT
Biləsuvarda ikimərtəbəli xəstəxana binası Səhiyyə Nazirliyinin balansına verildi
Bakı, 14 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə yardımı ilə Biləsuvarda tikilmiş ikimərtəbəli xəstəxana binası Səhiyyə Nazirliyinin balansına verildi.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ilin sentyabr ayından Biləsuvar Rayon Mərkəzi Xəstəxanası təmirə bağlandığından rayon əhalisi qonşu rayonlara üz tuturdu. Bu da vaxt itkisinə və əlavə xərcə səbəb olurdu.
Hər cür müasir tibb avadanlıqları ilə təchiz edilmiş 38 çarpayılıq yeni xəstəxana isə rayon sakinlərinin tələbatını ödəyir. Hazırda xəstəxanada uşaq poliklinikası, stasionar və doğum şöbələri fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]