Binəqədi qəsəbəsinə və geri istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmuş, istiqamət dəyişdirilmişdir
Bakı, 13 may (AZƏRTAC). Bakının Binəqədi qəsəbəsi və geri istiqamətinə bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmuş, istiqamət dəyişdirilmişdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, bu istiqamətdə yolun bağlanması Binəqədi şosesi, Biləcəri-Baksol yolu kəsişməsindən Sərdarov adına Poladəritmə Zavodunun yanınadək əsaslı yol təmir-tikintisinin aparılması ilə əlaqədardır.
Ona görə də M.Ə.Rəsulzadə qəsəbəsindən Binəqədi və Bakının digər kəndləri istiqamətinə Binəqədi şosesi ilə hərəkət edən sürücülərdən xahiş olunur ki, qeyd olunan istiqamətə və həmin yerlərdən şəhərə doğru alternativ yollardan istifadə etsinlər.
Vətəndaşlar Biləcəri qəsəbəsi, Biləcəri-Baksol yolu və ya Bakı-Quba yolu vasitəsilə Binəqədi qəsəbəsi və Abşeronun digər bölgələri istiqamətinə hərəkət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]