Bir ay ərzində mədəni izləyə bilən həb hazırlanıb
Bakı, 2 fevral, AZƏRTAC
Massaçusets Texnologiya İnstitutunun yeni qurğusu bir ay ərzində mədə xorası, xərçəng və həzm sisteminin başqa xəstəliklərini izləyə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mühəndislər tərəfindən gel şəklində hazırlanmış həb mədəyə çatdıqda tez bir zamanda "pinq-ponq" oyunu üçün top ölçüsündə şişir. Həbə quraşdırılmış sensor 30 gün ərzində mədənin temperaturunu fasiləsiz izləyir. Həbin orqanizmdən xaric olunması üçün pasiyent kalsium məhlulu içə bilər ki, nəticədə həb öz ilkin ölçüsünə kimi yığılır və orqanizmdən xaric olur.
Gələcəkdə tədqiqatçılar sözügedən həbi bir neçə müxtəlif sensorla (məsələn, pH səviyyəsinə nəzarət, yaxud bakteriya və virusların axtarışı üçün) təchiz etməyi planlaşdırırlar. Həmçinin şiş və ya xoraların viziuallaşdırılması üçün kiçik kameralar quraşdırıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]