Birləşmiş Krallıq səhiyyə sahəsində Azərbaycanın tərəfdaşıdır
Bakı, 5 may, AZƏRTAC
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə “Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, konfransda Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Rasim İsmayılov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev açılış nitqi ilə çıxış ediblər.
Zaur Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərdən danışıb. İdarə Heyətinin sədri bildirib ki, səhiyyə xidmətinin təşkili sahəsində, səhiyyə sahəsində dövlət-özəl sektoru tərəfdaşlığının qurulması və inkişaf etdirilməsində Böyük Britaniyanın təcrübəsi agentlik üçün xüsusilə maraqlıdır.