“Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda təlim kursları keçirilir
Bakı, 11 may (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün “Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda təlim kursları keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla və təkmilləşdir” Proqramı çərçivəsində keçirilən kurslar dünya təcrübəsində qəbul edilmiş metodologiya və interaktiv metodlar əsasında keçirilir. Təlim kurslarının təşkilində məqsəd gənclərə biznes ideyasının yaradılması və biznesin təşkili istiqamətlərində zəruri nəzəri biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanmasıdır.
Üç gün davam edəcək kurslarda iştirakçılara biznes ideyasının yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planları və s. barədə ətraflı məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [12:08]
WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb
- 22.05.2026 [22:07]
Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib
- 22.05.2026 [22:03]
Azərbaycan iyulda keçiriləcək Esvatini İnvestisiya Konfransına dəvət edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]