Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-də Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib VİDEO

Nyu-York, 5 aprel, AZƏRTAC

Nyu-Yorkda BMT-nin mənzil qərargahında Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinq keçirilib.

AZƏRTAC-ın məlumatına görə, açılış nitqi ilə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bildirib ki, partlayıcı döyüş silahları və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətlərdə olan bir çox ölkələrə təsir göstərməkdə davam edir və mülki əhali, hərbçilər, sülhməramlılar və humanitar heyət üçün ölümcül təhlükə yaradır. O bildirib ki, Azərbaycan ərazisinin 13 faizindən çoxu bu təhlükənin təsirinə məruz qalıb. Səfir əlavə edib ki, münaqişənin başa çatmasına və sülh gündəliyində əldə edilən irəliləyişlərə baxmayaraq, ölkəmizdə münaqişədən sonra mina qurbanlarının sayı artır. O, 2020-ci ilin 10 noyabr tarixindən indiyədək mina qurbanlarının sayının 388-ə çatdığını və xəsarət alanların əksəriyyətinin mülki şəxslər olduğunu deyib.

“Minalar əsas yenidənqurma işlərini ləngidir və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına mane olur. Geniş şəkildə mina çirklənməsi davamlı inkişaf proseslərinin həyata keçirilməsinə ciddi maneələr yaradır”, - deyə səfir bildirib.

Daha sonra Azərbaycanda mina fəaliyyətləri və yenidənqurma işlərinə dair videoçarx nümayiş olunub.

Ardınca çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Azərbaycan minalardan ən çox əziyyət çəkən ilk on ölkədən biridir və Birləşmiş Millətlər Təşkilatı da bu problemin olduğunu təsdiqləyib. O, minaların təsirlərinin bir neçə il, bəlkə də onilliklər sonra da hiss olunacağını qeyd edib. Fərid Şəfiyev mina ilə bağlı statistikanın Azərbaycanda demək olar ki, hər gün dəyişdiyini vurğulayıb: “Azərbaycan ərazisində təxminən 1,5 milyona yaxın mina basdırılıb. Azərbaycanda 800 min məcburi köçkün Vətənə qayıdışını gözləyir. Minalar onların geri qayıtmasının qarşısını alır, ona görə də hökumət onların həmin ərazilərə təhlükəsiz qayıtmasını təmin etmək istəyir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra minaçıxarma əməliyyatlarında mühüm irəliləyiş əldə edilib, ümumilikdə 179 min hektar ərazi uğurla təmizlənib”, - deyə BMTM-in sədri bildirib. Fərid Şəfiyev əlavə edib ki, Ermənistanın təqdim etdiyi xəritələr təxminən 25 faiz dəqiqliyə malikdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Hərbi-siyasi məsələlər idarəsinin rəisi Anar Mütəllimov çıxışı zamanı qeyd olunan statistikaların arxasında həm də insan həyatı, şəxsi və ailə faciəsinin dayandığını bildirib. Onun sözlərinə görə, bu hərəkətlər təkcə müharibə cinayəti deyil, həm də beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

O bildirib ki, hətta 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra da Ermənistan Azərbaycan ərazisi daxilində və yeni minalar yerləşdirməyə davam edib. BMT İnkişaf Proqramının (UNDP) Böhrana Hazırlıq, Cavab və Bərpa Qrupunun rəhbəri Devanand Ramiah Azərbaycanla mina təmizlənməsi sahəsində əməkdaşlığın 1998-ci ildən başladığını bildirib. Onun sözlərinə görə, təmsil etdiyi qurum ANAMA-nın yaradılmasını dəstəkləyib və bu əməkdaşlıq mina və partlamamış hərbi sursatlar probleminin həllində mühüm rol oynayıb. UNDP rəsmisi 2020-ci ildən əməkdaşlığın daha da genişləndiyini və Azərbaycan vasitəsilə birgə missiya həyata keçirdiklərini əlavə edib.

Marşal İrs İnstitutunun icraçı direktoru Elis Bekker bu il Azərbaycan torpaqlarında minaların təmizlənməsi sahəsində tərəfdaşlığın 20 illiyinin qeyd olunduğunu deyib. O bu çərçivədə Azərbaycana 90 minaaxtaran it ianə edildiyini vurğulayıb. O, bu əməkdaşlıqdan çox məmnun olduqlarını dilə gətirib.

BMT-nin Minalardan Təmizləmə Xidmətinin direktor müavini Rita Gunaryati Lubis qlobal minalarla mübarizə strategiyaları və minanın təsirlərinə məruz qalan ölkələrə dəstəkdə BMT-nin rolu haqqında məlumat verib.

Daha sonra BMT yanında daimi nümayəndəliklərin və təşkilatların rəsmiləri çıxış edib, minatəmizləmə ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, martın 24-dən aprelin 4-nə kimi Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

BMT-də Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Memar: Bu cür əməllər gələcək nəsillərə ötürülən tarixi yaddaşa zərər vurur

Professor: Tarixi-mədəni irsimizi qorumalıyıq

® Mərkəzi Gömrük Hospitalından müayinənin nəticələrini onlayn əldə etmək mümkündür

Ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb

Avqustda Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb

VI Dünya Köçəri Oyunlarının qalibi Qazaxıstan olub

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatına Qubada hazırlaşır

Əyyub Quliyev: Opera və Balet Teatrı Üzeyir Hacıbəyli Musiqi Festivalına hazırlaşır

XI sinif şagirdi: Elə qurğu ixtira etmək istərdim ki, bütün fənlərin kitabları orada yerləşsin

Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda sessiya başa çatıb YENİLƏNİB

Əmək münasibətlərində hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?

Kənd təsərrüfatının müavini təsdiqlənən yeni dövlət dəstəyi mexanizmlərini şərh edib – EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatının müavini təsdiqlənən yeni dövlət dəstəyi mexanizmlərini şərh edib – EKSKLÜZİV VİDEO

Perumal Arumugam: “Bakı İqlim Fəaliyyəti Həftəsi” iqlim həllərini birlikdə qurmaq ideyaları ətrafında formalaşıb

Bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə edilir - FAKTİKİ HAVA

Azərbaycanla Pakistan arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Aİ-nin Braziliyadan ətin idxalını dayandırması narazılığa səbəb olub

Dövlət Komitəsinin sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Boran Əziz: Abidələrin üzərinin yazılması yolverilməzdir

Göygöldə fermerlərin sualları cavablandırılıb

Azərbaycanda pul bazası artıb

® Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib

bp yerli universitetlərdə bərpaolunan enerji sahəsində təhsilə dəstək göstərib

İlin əvvəlindən 44 ölkə cinayətlərdə təqsirləndirilən 650-dən çox şəxsi Türkiyəyə təhvil verib

ADPU-nun kafedra müdiri: Tarixi abidələrin qorunması hər birimizin mənəvi borcudur

Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksində emal olunan su 7 ədəd qum süzgəcindən keçir

Rövşən Tağıyev: Təhlükəsizlik kəməri yuxulu sürücünü qəzanın ağır nəticələrindən qoruyub

“Binaların Enerji Səmərəliliyinin Sertifikatlaşdırılması və Rəqəmsal Tikinti Pasportları” – Dəyirmi masa

Bolqarıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışa çıxarılıb

Lola Odunsi: Gələcəkdə emissiya məlumatlarından əməliyyat proseslərinə töhfə verən vasitə kimi istifadə olunacaq

Azərbaycanın sərbəst güləşçiləri Rusiyadakı memorialda 8 medal qazanıblar

Uşaqlara laboratoriya təcrübəsi ilə hidrogen qazının alınması öyrədilib VİDEO

Uşaqlara laboratoriya təcrübəsi ilə hidrogen qazının alınması öyrədilib VİDEO

“Multikulturalizmə qlobal baxışlar – Beynəlxalq müsahibələr-1” kitabı nəşr olunub

® “Azercell” və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirib 

Köpükdə yanma prosesi necə baş verir? - kimya müəllimindən maraqlı təcrübə

AİB rəsmisi: Metan emissiyalarının azaldılmasında əsas məsələ maliyyələşdirmə mexanizmlərinin yaradılmasıdır

Güclü külək Gəncədə ağacı aşırıb VİDEO

Güclü külək Gəncədə ağacı aşırıb VİDEO

Yaponiyalı iştirakçı: Bakı İqlim Həftəsi qlobal iqlim diplomatiyasının praktiki icrasına töhfə verir

SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalardan istifadə edir

Azərbaycan cüdoçuları Bakıda beynəlxalq təlim-məşq toplanışına qatılıblar

“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub

Franko Luçerini: Emissiyaların azaldılması iqtisadi fayda yaradan investisiya kimi qiymətləndirilməlidir

AZƏRTAC Mərkəzi Asiyanın ən böyük aqrar sərgilərindən birinin beynəlxalq informasiya tərəfdaşı olub

BMT tədbirində “ASAN xidmət” modeli təqdim olunub

Aysel Ramazanova: Əgər uşaq oyun oynamağı sevirsə, niyə o, sadə oyunlar yaratmasın? VİDEO

Aysel Ramazanova: Əgər uşaq oyun oynamağı sevirsə, niyə o, sadə oyunlar yaratmasın? VİDEO

SOCAR-ın vitse-prezidenti: Metan emissiyalarını azaltmaq daha asandır

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında olmaq təsəvvür belə edə bilmədiyimiz bir hadisədir

Xan qızının əl işləri və nəsil yadigarları: Natəvanın qorunub saxlanılan xatirə əşyaları

Ankarada Türk Dünyası Ali Təhsildə Tərəfdaşlıq Sertifikat Proqramının açılışı olub

AİB-Mərkəzi Bank əməkdaşlığı maliyyə sektorunda insan kapitalının inkişafına töhfə verir

bp üçün metanın ölçülməsi və azaldılması 2020-ci ildə açıqlanan “Net Sıfır” strategiyasıyla sıx bağlıdır

“Jaguar Land Rover” 4 min iş yerini ixtisar edəcək

Azərbaycanın sərbəst güləşçiləri U-23 dünya çempionatına Bakıda hazırlaşırlar

Patrisia Skotland: Azərbaycanın COP29-dan bu günədək verdiyi töhfə olduqca təsiredicidir

Britaniya hökuməti şimaldakı şirkətlər üçün 150 milyon funtluq fond yaradacaq

Mərkəzi Bankın valyuta ehtiyatları rekord həcmə çatıb

“Əjdaha alovu” effekti və ya nişastanın yanma xüsusiyyəti VİDEO

“Əjdaha alovu” effekti və ya nişastanın yanma xüsusiyyəti VİDEO

Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

İspaniyada qaçaqmalçılıq şəbəkəsinə qarşı keçirilən əməliyyat nəticəsində 78 nəfər saxlanılıb VİDEO

İspaniyada qaçaqmalçılıq şəbəkəsinə qarşı keçirilən əməliyyat nəticəsində 78 nəfər saxlanılıb VİDEO

Sandıkçı: Türkiyə bina sektorunda hərtərəfli transformasiyanı həyata keçirməyi hədəfləyir

Gələn il yeni tikilən və əsaslı təmir olunan binaların enerji effektivliyi qiymətləndiriləcək

SOCAR-ın “Yaşıl” istiqrazlarının 6-cı kupon ödənişi edilib

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb

Uşaqlara oksigen qazının alınması nümayiş etdirilib VİDEO

Uşaqlara oksigen qazının alınması nümayiş etdirilib VİDEO

Sentyabrda sahibkarlar üçün ödənişsiz biznes təlimlər başlayacaq

Kimyaçılar gələcəkdə hansı yeni sahələrdə çalışa bilərlər?

Media: Aİ-nin Avropanın müdafiə siyasətinin gücləndirilməsi təşəbbüsü Almaniya və İtaliyanın etirazı ilə dayandırılıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

ADAU-da bakalavriat səviyyəsində qəbul planı tam dolub

Yaxın Şərqdə gərginlik, Hörmüz böhranı, artan neft və təbii qaz qiymətləri

O.İ.Xaliyevin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.X.Kazımovun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türkiyədə sahəsi 100 kvadratmetrdən çox olan qədim mozaika aşkarlanıb VİDEO

Türkiyədə sahəsi 100 kvadratmetrdən çox olan qədim mozaika aşkarlanıb VİDEO

COP-31-in çempionu: İqlim problemlərinin həllində birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir

Gürcü nazir: Orta Dəhlizin strateji əhəmiyyəti və marşruta beynəlxalq maraq artır

BCAW2026 çərçivəsində yaşıl enerji sənayesinin inkişafı müzakirə olunub YENİLƏNİB

BCAW2026: “Qlobal enerji keçidi üçün elektrikləşmənin miqyasının genişləndirilməsi” - dəyirmi masa

Britaniya hökuməti Portsmutdakı miqrant əleyhinə etirazları pisləyib

"Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusu müzakirə olunub YENİLƏNİB

Gürcüstanın beynəlxalq ehtiyatları 8,14 milyard dollara yüksəlib

Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıdıblar

Kabardin-Balkarda qar uçqunundan sonra altı alpinistin axtarışları davam etdirilir

Azərbaycan Ordusunda yeni tədris ili başlayıb

Millinin kapitanı: Şahmat Olimpiadasında ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Macarıstanda ağcaqanadlar təhlükəli Qərbi Nil virusunu yayır

Baş nazir: Orta Dəhliz üzrə yük axını yaxın 4 ildə üç dəfə arta bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Neftin qiyməti 120 dollara yüksələ bilər - PROQNOZ

Messi MLS-də unikal rekorda imza atıb

Mariam Kvrivişvili: Gürcüstan hökuməti Orta Dəhlizin səmərəliliyinin artırılması məqsədilə mühüm layihələr həyata keçirir

Batumidə Beynəlxalq Dənizçilik Forumu işə başlayıb

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

Səməd Vurğunun həyat yoldaşının xatirələrində əks olunan həyatının az məlum səhifələri

® Neft işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit

Gənclər Fondunun qrant müsabiqəsinin nəticələri elan olunub

Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək – ŞƏRH