BMT ilə yeni Çərçivə Sənədinin hazırlanmasına dair müzakirə aparılıb
Bakı, 28 dekabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə çoxvektorlu əməkdaşlığı vurğulanıb. Qeyd olunub ki, 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair Çərçivə Sənədinin icrası tərəfdaşlığın inkişafında mühüm faktora çevrilib. COP29-un Azərbaycanda təşkili və uğurla yekunlaşması isə qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş olan ölkəmizin BMT ilə münasibətlərinin genişləndirilməsi üçün əlavə stimul yaradıb.
Tərəflər Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və 2026-2030-cu illər üzrə əməkdaşlığa dair yeni Çərçivə Sənədinin hazırlanması üçün strateji istiqamətlərin müəyyənləşdirilməsinə dair müzakirə aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]