BMT-nin baş katibi Beynəlxalq Ailə Günü münasibətilə müraciət etmişdir
Bakı, 13 may (AZƏRTAC). BMT-nin baş katibi Pan Gi Mun 15 may - Beynəlxalq Ailə Günü münasibətilə dünya ölkələrinə müraciət etmişdir.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, müraciətdə bir çox ailələrin daimi olaraq çətinlik çəkdiyi qeyd edilmişdir. İşsiz və ifrat yoxsulluqda yaşayan böyüklər öz uşaqlarını lazımi qədər qida ilə təmin edə bilmirlər, bu da onlarda ömürlük fiziki və emosional iz buraxır. Ailənin digər üzvləri etinasızlıq və məhrumiyyətdən əziyyət çəkirlər.
Baş katib bildirmişdir ki, problemin kökündə çox vaxt sosial təcridolunma durur. Ayrı-seçkilik və sosial xidmətlərdən qeyri-bərabər istifadə ailələri uşaqları üçün daha yaxşı gələcək planlaşdırmaq imkanından məhrum edir. Geniş, bir valideynli, başçıları işsiz, xəstə və ya əlil olan, şəhər xarabalıqlarında və ya kəndlərdə yaşayan ailələr daha çox risk altındadırlar. Yerli və miqrant, o cümlədən münaqişə və ya iğtişaş bölgələrində yaşayan ailələr, həmçinin təcrid və məhrum olunurlar.
P.G.Mun bir sıra hökumətlərin ailə maraqlarına yönəlmiş strategiyaları qəbul etdiklərini bildirmişdir. Bu strategiyalara nağd pulun köçürülməsi, uşaq müavinəti, vergi güzəştləri, gender və uşaq amilini nəzərə alan sosial müdafiə daxildir. Uşaqların təhsil səviyyəsi və qidalanmasının yaxşılaşdırılmasına imkan yaradan bu cür strategiyaların artması nəsillər boyunca mövcud olan yoxsulluğa son qoya bilər.
Baş katib hər kəsi Beynəlxalq Ailə Günündə uşaqları böyüdən, yaşlılara qulluq edən, hər kəs üçün dözümlülük və ləyaqət prinsipləri üzərində qurulan möhkəm icmalar yaradan ailələrə dəstək verməyə çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]