BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Azərbaycana gəlir
Bakı, 11 may (AZƏRTAC). Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres mayın 18-də Azərbaycana səfərə gələcəkdir.
Qonaq həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəkdir.
Antonio Quterres ikigünlük səfəri çərçivəsində məcburi köçkünlər üçün Ağdam və Yevlax rayonlarında yeni salınmış qəsəbələrdə, Binəqədidə yeni tikilmiş məhəllədə olacaq, erməni işğalı nəticəsində doğma yurdlarından didərgin salınmış soydaşlarımızla görüşəcəkdir.
Ali Komissar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovla, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşəcək, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin (ABŞ, Rusiya, Fransa) səfirləri və BMT-nin rezident-əlaqələndiricisi ilə “dəyirmi masa”da iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]