“Boeing” təyyarə qəzalarına görə 1,1 milyard dollar ödəyəcək
Bakı, 5 iyun, AZƏRTAC
ABŞ-ın “Boeing” şirkəti 2018-2019-cu illərdə iki “737 MAX” təyyarəsinin qəzası ilə bağlı məhkəmə çəkişmələrindən yayınmaq üçün 1,1 milyard dollar ödəyəcək.
AZƏRTAC xəbər verir ki, Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) saytındakı məlumata görə, ABŞ Ədliyyə Nazirliyi ilə razılaşma sazişi şirkətin uyğunluq, təhlükəsizlik və keyfiyyət proqramlarını gücləndirmək üçün 455 milyon dollar yönləndirməsini nəzərdə tutur.
“Boeing” həlak olanların ailələrinə 444,5 milyon dollar ödəyəcək. O, həmçinin 487,2 milyon dollar cərimələnib, lakin bu məbləğin yarısını artıq 2021-ci ildə ödəyib.
Razılaşma sayəsində şirkət təyyarə qəzaları ilə bağlı iyunun 23-də başlaması planlaşdırılan məhkəmə prosesindən yayınacaq. Xatırladaq ki, iki təyyarə qəzası nəticəsində 346 nəfər həlak olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]