Azərbaycan Dövlət İnformasiya Agentliyi

BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN BƏYANATI

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Hesab edirəm ki, nümayəndə heyətimizin Azərbaycana səfəri uğurla başlanır. Bu səfər iştirakımızla imzalanmış çoxsaylı sazişlərlə çox yaxşı şəkildə dolğunlaşır. Danışıqlarımızdan sonra belə bir qənaətə gəlməyə əsasım var ki, bu səfər siyasi sahədə ikitərəfli münasibətlərimizin inkişafına təkan verəcəkdir. Etiraf etmək lazımdır ki, bu dialoq indiyədək rəvan aparılmamışdır. Əvvəla, iqtisadi münasibətlərimizin fəallaşdırılacağına ümid bəsləyirəm və buna əsas var. Ekspertlərimiz ölkələrimiz arasında əmtəə dövriyyəsinin vəziyyəti məsələsini müzakirə etmişlər. Demək olmaz ki, əmtəə dövriyyəsinin real vəziyyəti qənaətbəxşdir. Əmtəə dövriyyəmizi artırmağın konkret forma və metodlarından danışarkən biz, ilk növbədə, normativ bazanı nəzərdən keçirməli və lazım olarsa, ona əlavələr etməliyik. Nəqliyyat məsələlərini nəzərdən qaçırmaq olmaz, əmtəə dövriyyəsinin strukturunu konkret şəkildə tamamlamaq lazımdır.

Çox vaxt eyni mövqelərdən çıxış etdiyimiz Birləşmiş Millətlər Təşkilatından tutmuş, ölkələrimizin əlaqə saxladıqları Avropa strukturlarınadək dövlətlərimizin üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində gözəl qarşılıqlı fəaliyyət imkanı mövcuddur.

Biz regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etməliyik.

Ölkəmizin ATƏT-də sədrliyini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Mən onu əmin etdim ki, Bolqarıstan bu istiqamətdə bundan sonra da fəal mövqe tutacaqdır. Həqiqətən, Bolqarıstan əvvəllər bu təşkilatda sədrlik edən bütün ölkələrdən fərqlənməyə, xüsusən bu konkret problem barəsində fərqlənməyə çalışır. Bu fəallıq təkcə xarici işlər nazirlərinin qarşılıqlı əlaqələrində deyil, missiyaların təsis olunmasında və digər məsələlərdə də öz ifadəsini tapmışdır. Hesab edirəm ki, biz beynəlxalq terrorizmlə mübarizə məsələsində eyni mövqedəyik. Digər tərəfdən, Bolqarıstanın və Azərbaycanın konkret nöqtələrdə - İraqda və Əfqanıstanda olması, bu münaqişələrin dini və etnik zəmində baş verməməsi faktının özü bizi müəyyən mənada yaxınlaşdırır.

X X X

Sonra prezidentlər İlham Əliyev və Georgi Pırvanov jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Mənim sualım Prezident İlham Əliyevədir. Cənab Prezident, xahiş edirəm deyəsiniz, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi hansı mərhələdədir və Bolqarıstanın maraq göstərə biləcəyi digər neft layihələri varmı?

İLHAM ƏLİYEV: Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurla tikilib istifadəyə verilməsi Azərbaycanın qarşısında duran ən önəmli məsələlərdən biridir. Bu kəmərin tikintisi yalnız və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə, onun əməyi nəticəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyevin adını daşıyır. Tikinti işləri çox uğurla davam edir və gələn il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi böyük bayram kimi qeyd ediləcəkdir. Çoxlu sərmayə qoyulubdur. Ümumi sərmayənin həcmi təqribən 3 milyard dollara bərabərdir. Böyük beynəlxalq konsorsium bu işləri icra edir və hər şey vaxtında başa çatacaqdır. Beləliklə, Azərbaycan nefti dünya bazarlarına çıxarılacaqdır.

Azərbaycan qazının dünya bazarlarına, Avropaya çıxarılması üçün də çox önəmli addımlar atılır. Əminəm ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də uğurla başa çatacaq və beləliklə, Azərbaycan qazı Gürcüstana, Türkiyəyə və ondan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin illik gücü, təxminən 50 milyon tona bərabərdir. Nəzərə alsaq ki, Azərbaycanda və digər Xəzəryanı ölkələrdə neftin hasilatı kəskin surətdə artacaq, əlbəttə, gələcəkdə biz digər ixrac marşrutları haqqında ciddi fikirləşəcəyik. Bu baxımdan da Bolqarıstanla Azərbaycan arasında əməkdaşlıq çox uğurlu ola bilər.

SUAL: Mənim sualım Bolqarıstan Prezidentinədir. Cənab Prezident, bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün mandatı verilmiş ATƏT-in Minsk qrupundan Azərbaycan tərəfi narazıdır. Bu narazılıq, qrupun fəaliyyətinin Azərbaycanı qane etməməsi rəsmi dairələr tərəfindən dəfələrlə bəyan edilibdir. İndiyə kimi, sanki müşahidəçi funksiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun fəaliyyətində ATƏT-ə Bolqarıstanın sədrlik etdiyi müddətdə ciddi irəliləyişlər əldə oluna bilərmi?

GEORGİ PIRVANOV: Hörmətli cənab Prezident, hörmətli xanımlar və cənablar! Qeyd etdiyim kimi, ATƏT-in sədri kimi Bolqarıstan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinə yönəldilmiş fəaliyyəti gücləndirməyi qarşısına məqsəd qoyur. Hesab edirəm ki, Minsk qrupunun fəaliyyəti həmin münaqişənin həllində vasitəçiliyin gücləndirilməsinə yönəldilməlidir. Həmçinin hesab edirəm ki, Avropa Birliyinin bu prosesə fəal qoşulması yollarını axtarmaq lazımdır. Mən bu ölkələrin prezidentləri və xarici işlər nazirləri arasında görüşləri yüksək qiymətləndirirəm. ATƏT-in sədri kimi Bolqarıstan bu məsələnin həllinə yönəldilmiş bütün formaları dəstəkləməyə hazırdır.

SUAL: Mənim sualım Azərbaycan Prezidenti İlham Əliyevədir. Siz dediniz ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin vəziyyətini araşdıracaqsınız. Bu vəziyyətin əsas səbəblərini və onun yaxşılaşdırılmasına yönəldilmiş tədbirləri konkret olaraq, göstərə bilərsinizmi? Bir də, Siz həm Bolqarıstan, həm də Azərbaycan iqtisadiyyatında neft sektoruna və digər sahələrə real sərmayə axını variantını necə görürsünüz?

X X X

İLHAM ƏLİYEV: Biz hesab edirik ki, iqtisadi əlaqələrin mövcud səviyyəsi nə Bolqarıstanı, nə də Azərbaycanı qane edir. Hökumətlərarası birgə komissiya bu məsələ ilə ciddi məşğul olur və ona tapşırıq verilmişdir ki, bu vəziyyətin səbəbləri araşdırılsın, təhlil edilsin və konkret təkliflər irəli sürülsün. Nəzərə alsaq ki, həm Bolqarıstanda, həm də Azərbaycanda iqtisadiyyat yüksək sürətlə inkişaf edir, əlbəttə, deyə bilərik ki, bu sahədə əlaqələrin genişlənməsi üçün çox gözəl şərait vardır.

Qarşılıqlı sərmayələrin qoyulması istiqamətində də çox mühüm addımlar atıla bilər. Azərbaycanda çox gözəl sərmayə mühiti vardır. Adambaşına düşən xarici sərmayələrin həcminə görə ölkəmiz keçmiş sovet respublikaları arasında qabaqcıl yerlərdədir. Burada xarici sərmayələr çox etibarlı şəkildə qorunur və əminəm ki, Bolqarıstandan olan iş adamları da bu imkandan istifadə edəcəklər.

Mən bilirəm ki, Bolqarıstandan Azərbaycana bir qrup iş adamı gəlmişdir. Burada biznes forum keçiriləcəkdir. Ümid edirəm, yaranacaq əlaqələr imkan verəcək ki, qarşılıqlı sərmayələrin qoyulması mümkün olsun. Böyük həcmdə sərmayələrin qoyulması imkan versin ki, ölkələrimiz arasında iqtisadi əlaqələr yeni pilləyə qalxsın.

SUAL: Bolqarıstanın Prezidenti cənab Pırvanov bildirdi ki, Azərbaycan-Bolqarıstan danışıqlarında əsas müzakirə obyektlərindən biri nəqliyyat problemləri ilə bağlı olubdur. Bilmək istərdim, TRASECA proqramının perspektivləri barədə prezidentlərin mövqeyi necədir?

GEORGİ PIRVANOV: TRASECA nəqliyyat dəhlizinin inkişafı ilə bağlı artıq yeni faktlar məlumdur. Çox güman ki, bu faktlar barədə bizə bir qədər sonra məlumat verəcəklər. Məsələn, parlamentlərin imzalanmış sazişlərdə dəyişikliklər etməsi nəzərdə tutulur. Bu layihədə struktur dəyişiklikləri ilə əlaqədar ölkələrimizin öz üzərinə götürdükləri öhdəliklər mənim üçün xüsusilə vacibdir. Deməliyəm ki, nəqliyyat dəhlizinin inkişafı iqtisadi problemlərin həllində əsas məsələdir. Məsələn, energetika və nəqliyyat infrastrukturları ölkələrimizin inkişafına daha ciddi töhfədir, eyni zamanda, regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayırlar. Odur ki, Bolqarıstan TRASECA proqramında və enerji layihələrində fəal iştirak etməyə maraq göstərir.

Mən cənab Əliyevin diqqətini Bakı-Tbilisi-Ceyhan layihəsindən əlavə, digər uzunmüddətli layihələrə yönəltməyə cəhd göstərdim və ümidvaram ki, Azərbaycan bu ideyalara baxılmasına müsbət yanaşacaqdır. Çünki Azərbaycanda neft və qaz vardır, Avropa onları almağa, Bolqarıstan isə karbohidrogen ehtiyatlarını nəql etməyə maraq göstərir. Biz bu istiqamətdə münasibətlərin inkişafında maraqlıyıq.

X X X

Mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Bolqarıstanın Bakıdakı səfiri İvan Palçev, nazirlər, komitə rəhbərləri, Bolqarıstan nümayəndə heyətinin üzvləri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb