Azərbaycan Dövlət İnformasiya Agentliyi

BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN ÇIXIŞI

- Hörmətli cənab rektor!

Hörmətli nazir və Elmi şuranın üzvləri, müəllimlər və tələbələr!

Xanımlar və cənablar!

Etiraf edim ki, bu son dərəcə mehriban və çox səmimi mərasimdə olduqca həyəcanlıyam. Mən qayda-qanuna uyğun olaraq, ciddi akademik nitq hazırlamışam. Lakin, cənab rektor, icazənizlə, qayda-qanunlardan bir qədər kənara çıxacağam, çünki bu ab-hava mənim başqa ruhda danışmağımı tələb edir. Mən təkcə şəxsi səpkidə həyəcanlı deyiləm, bir az öncə bolqar dili və mədəniyyəti mərkəzinin açılması faktının özü də məni az həyəcanlandırmadı. Məni belə bir fakt da həyəcanlandırdı ki, sizin bir çox tələbələriniz bolqar dilinə və mədəniyyətinə, müasir Bolqarıstana maraq göstərirlər. Söz verirəm ki, Bolqarıstanın burada adları çəkilən təhsil ocaqları ilə əlaqələr yaradılmasına kömək edəcəyəm. Ümidvaram ki, Bolqarıstanın ali məktəblərində təcrübə keçmək gələn il də davam etdiriləcəkdir.

Təxminən iki saat bundan əvvəl mən biznes forumda oldum, orada Azərbaycan və Bolqarıstan biznesmenləri iştirak edirdilər. Yəqin etdim ki, qarşılıqlı maraq güclənir. Mən üzümü Bolqarıstan biznesinin nümayəndələrinə tutaraq, onları sizin tələbələrinizə və müəllimlərinizə Bolqarıstanda ixtisaslaşma keçmək üçün təqaüdlər təsis etməyə çağırıram. Hörmətli cənablar, bu, mədəni əməkdaşlığın elm və təhsil sahəsində və əlaqələrin inkişafı işinə, az da olsa, töhfədir. Əgər müdafiə naziri üç tələbəyə təqaüd verilməsinə imkan tapmışdırsa, cənab vitse-prezident, biz bundan heç də az olmayan imkanlar tapmağa borcluyuq.

Cənab rektor, mənə fəxri doktor adı verilməsinə görə, Elmi şuraya səmimi təşəkkürümü bildirmək istərdim. Bu, mənim üçün nəinki şəxsi xidmətlərimin, həm də son illər xalqlarımız arasında dostluğun möhkəmlənməsinə kömək etmiş bütün həmvətənlərimin xidmətlərinin qiymətləndirilməsi deməkdir.

Nitqimin əsas məğzi qlobal dünyada öz riskləri, nicat yolu və perspektivləri olan mədəniyyətlərin dialoqu mövzusu ilə bağlıdır. Bu mövzu ona görə seçilmişdir ki, son vaxtlar mədəniyyətlərin toqquşması ideyasının bir çox tərəfdarları peyda olmuşdur. Düşünürəm ki, Bolqarıstanda da, Azərbaycanda da aparılan siyasət bu qüsurlu tezisi inandırıcı şəkildə rədd edir.

Bu mövzunu seçməyimin ikinci səbəbi sizin, artıq deyə bilərəm ki, bizim universitetin xüsusiyyətidir. Bu xüsusiyyət isə ondan ibarətdir ki, burada onilliklər boyu həm müxtəlif mədəniyyətlər, həm də müxtəlif dövlətlər və sivilizasiyalar arasındakı münasibətlər öyrənilir.

Daha bir, üçüncü, şəxsi səbəb də vardır və bu da ondan ibarətdir ki, mən elmi işçi kimi, siyasətçi kimi məhz bu mövzunun öyrənilməsinə xeyli vaxt sərf etmişəm. Mən tamamilə əks tezisin tərəfdarıyam. Bu tezis də ondan ibarətdir ki, mədəniyyətlər toqquşmamalı, qarşılıqlı fəaliyyətdə olmalı və dialoqa girməlidirlər.

Hörmətli xanımlar və cənablar!

Mədəniyyətlərin toqquşması arzuolunmaz haldır və xalqlarımızın qarşılıqlı münasibətlərinin heç də labüd taleyi deyildir. Bizim avropalı tərəfdaşlarımız bunu çoxdan başa düşmüşlər. Belə bir fakt da təsadüfi deyil ki, Avropa Şurasının qəbul etdiyi ilk aktlardan biri 1949-cu ildə qəbul edilmiş Mədəniyyət üzrə konvensiyadır. Xatırlatmaq lazımdır ki, Lissabon qrupu deyilən qrup qlobal dünyada mədəniyyətlər arasında dözümlülüyü, dialoqu dəstəkləyəcək müqavilə hazırlamaqla məşğul olur. Hörmətli cənab rektor və Elmi şuranın üzvləri, bunu da demək istəyirəm ki, mən yaşadığımız Şərqi Avropada, şərti olaraq, mədəniyyət dəhlizləri ideyası adlandırıla biləcək ideyanın müəllifiyəm. Tezliklə biz, Mərkəzi Avropa ölkələrinin başçıları bizim ölkədə Bolqarıstanda, Varnada görüşəcək və əsrlərin dərinliklərindən gəlib bizə çatmış irsi dialoq əsasında təhlil edə və araşdıra biləcəyik. Yəqin ki, Balkan yarımadasının Avropanın barıt çəlləyi hesab edilməsi dövrü çoxdan keçmişdir. Mən qəti əminəm ki, Qafqaz regionunun münaqişələr və toqquşmalara məhkum olması ideyası da səhvdir. Regionlarımızın tarixində əməkdaşlıq, qarşılıqlı fəaliyyət və dözümlülük dövrləri daha uzun çəkmişdir. Bu mənada, mən mədəniyyət dəhlizlərindən danışarkən daha çox məlum olan faktı, yəni Böyük İpək yolunu xatırlamaya bilmərəm. Minilliklər boyu fəaliyyət göstərən bu dəhliz təkcə ticarət mübadiləsi üçün deyil, həm də texnologiyalar, incəsənətlər və mədəniyyətlər mübadiləsi üçün dəhliz olmuşdur. Sözsüz ki, Bolqarıstanın və Azərbaycanın bu yolun üzərində yerləşməsi qloballaşan dünyada bizi bir-birimizə daha da yaxınlaşdırır.

Hörmətli xanımlar və cənablar!

Bizim hamımız müxtəlif əlifbalardan istifadə edirik, müxtəlif dillərdə danışırıq, müxtəlif dinlərə etiqad edirik. Keçmişdə bu, çox zaman bir-birinə qarşı şübhələr və etimadsızlıq üçün əsas olurdu. Lakin ümidvaram ki, bundan sonra belə olmayacaqdır. Müxtəliflik qarşılıqlı maraq və mədəniyyətlərin qarşılıqlı təsiri üçün zəmin olmalıdır.

Üstəlik, bu müxtəliflik vahid Avratlantik məqsədlərə uyğun olaraq birləşmək arzularını bəyan edən Bolqarıstanın və Azərbaycanın siyasi elitalarının vahid iradəsinə də tabedir. Ümummilli lider Heydər Əliyev bir neçə il bundan əvvəl Azərbaycanı nəinki dağılmaqdan və müharibədən xilas etdi, həm də ölkənin inkişafını Avropa və Avratlantik relsləri üzərinə çıxardı. Bu gün Balkan yarımadası və Qafqaz ölkələrinin Avropa perspektivi təkcə ikitərəfli münasibətlərin inkişafı üçün zəmin deyil, həm də mədəniyyətlər, dinlər arasında dialoq, münaqişələri həll etmək və ölkələrimizin vətəndaşları üçün yaxşı həyat qurmaq imkanıdır.

Mənim üçün xüsusilə mühümdür ki, Avropa Birliyi yeni “Geniş Avropa - yeni qonşular” proqramını həyata keçirməyə başlamışdır. Biz şadıq ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı xətti ilə yeni təmas nöqtələri tapırıq. Bunu da əlavə etmək istərdim ki, coğrafi cəhətdən Qafqazın bilavasitə yaxınlığında yerləşən Bolqarıstan Respublikası NATO-nun üzvü və ATƏT-in sədri, eləcə də Avropa Birliyinin gələcək tərəfdaşı, bu regionun dövlətlərinin və xalqlarının səmimi dostu kimi, həllini tapmamış problemlərdən, o cümlədən Dağlıq Qarabağ problemindən narahatdır. Burada mən xatırlatmaq istərdim ki, indi diplomatik siyasət lazımdır, ATƏT-dən tutmuş Avropa Birliyinə və digər beynəlxalq qurumlara qədər beynəlxalq təşkilatların köməyi lazımdır.

Hörmətli xanımlar və cənablar!

Əminəm, XXI əsrdə biz hamımız çalışmalıyıq ki, cəmiyyətlərimizdə mədəni separatizm və fundamentalizm genişlənməsin. Mən siyasi xadimlərin və liderlərin rolunu bunda görürəm ki, onlar dözümlülüyə və dialoqa geniş imkanlar açsınlar. Biz dialoq, yoxsa sivilizasiyaların toqquşması dilemmasını dərk etməklə yanaşı, həm də dünyanın inkişafına və fərqlərin aradan qaldırılmasına yönəlmiş praktiki qərarların və ideyaların axtarışı ilə məşğul olmalıyıq. XXI əsrdə dünyanın formalaşmasına bizim töhfəmiz məhz bundan ibarət olacaqdır. Mən “bizim töhfəmiz” deyəndə, indiki nəslin siyasətçilərini və dövlət xadimlərini deyil, sizi, öz ölkələrinin taleyini və bütün planetin gələcəyini həll edə biləcək hörmətli gənc həmkarımı nəzərdə tuturam. Qarşılıqlı anlaşma və dözümlülük, əməkdaşlıq və etimad dünyasının qurulub-qurulmayacağı məhz sizdən asılı olacaqdır.

Diqqətinizə görə minnətdaram.

X X X

Sonra BSU-nun bolqarşünaslıq bölməsi tələbələrinin ifasında bolqar şairlərinin şeirləri və xalq mahnıları səslənmişdir.

Mərasimdə təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb