Böyük Britaniya COVID-19-un müalicəsində molnupiravir dərmanının istifadəsinə icazə verib
London, 4 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Dərmanların Tənzimlənməsi Təşkilatı COVID-19-un müalicəsi üçün hazırlanmış molnupiravir dərmanının istifadəsinə icazə verib.
AZƏRTAC xəbər verir ki, bu Böyük Britaniyada istifadə üçün təsdiqlənmiş ilk COVID-19 dərmanıdır.
Böyük Britaniyanın səhiyyə naziri Səcid Cavid deyib: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Britaniya dünyada koronavirusun müalicəsi üçün dərmanı təsdiqləyən ilk ölkə olub. Dərman daha çox immun sistemi zəif olan xəstələr üçün nəzərdə tutulub”.
ABŞ-ın əczaçılıq şirkəti “MSD” və “Ridgeback Biotherapeutics” tərəfindən istehsal olunan molnupiravir koronavirusun müalicəsində istifadə edilən ilk özəl antiviral dərmandır.
Dərman virusun surətlə yayılmasında iştirak edən fermenti hədəf alır və onun genetik kodunu zədələyir. Dərmanın virusun yayılmasının qarşısını alacağı, orqanizmdə virusun səviyyəsini aşağı salacağı və xəstəliyin şiddətini azaldacağı proqnozlaşdırılır.
MSD əczaçılıq şirkəti müalicənin gələcəkdə koronavirusun yeni variantlarına qarşı eyni dərəcədə təsirli olacağına ümid etdiyini bildirib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
- 13.06.2026 [05:44]
Dünyanın ən təhlükəli 7 vulkanı
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]