Azərbaycan Dövlət İnformasiya Agentliyi

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 11-də YARAT Müasir İncəsənət Məkanında Fırat Arapoğlunun kuratorluğu ilə “Proqramlaşdırılmış izlər” qrup sərgisi və Ceyms Patnemin kuratorluğu ilə hazırlanmış britaniyalı rəssam Met Kollişounun “Errata” adlı genişmiqyaslı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgilərin açılışında “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova iştirak edib.

Bolqarıstanın yeddi aparıcı rəssamının – Albena Bayeva, Jelko Terziyev, Kalina Dimitrova, Krassimir Terziyev, Marta Djurina, Nadejda Lyaxova və Pravdolyub İvanovun əsərlərini bir araya gətirən “Proqramlaşdırılmış izlər” sərgisi nəzarət sistemləri, texnoloji vasitəçilik və situativ bilik istehsalı formalarının təsiri altında müasir vizual mədəniyyətin, qavrayışın və subyektivliyin necə transformasiya olunduğunu araşdırır.

"Errata" sərgisi isə tamaşaçıları süni intellekt və sosial şəbəkələrlə bağlı görünməz güc strukturları ilə üz-üzə qoyaraq, insan innovasiyalarının gözlənilməz nəticələrinin sonda nəyə gətirib çıxara biləcəyi barədə düşünməyə sövq edir.

Sərgilərin açılışından əvvəl YARAT Müasir İncəsənət Mərkəzində rəsm və incəsənət mütəxəssisi Mina Abbasova Orucovanın moderatorluğu ilə rəssamların panel müzakirəsi təşkil olunub. Bildirilib ki, sərgidə təqdim olunan əsərlər müasir dövrdə insan və texnologiya münasibətlərinin mürəkkəb qatlarını üzə çıxararaq, rəqəmsal mühitin gündəlik həyatımıza təsirini bədii prizmadan şərh edir. Eyni zamanda, layihə fərdi yaddaş, müşahidə və reallıq anlayışlarının texnoloji təsirlər fonunda necə yenidən formalaşdığını izləmək imkanı yaradır.

Daha sonra "Proqramlaşdırılmış izlər” qrup sərgisinin və “Errata” adlı genişmiqyaslı fərdi sərginin açılışı olub.

“Proqramlaşdırılmış izlər” qrup sərgisinin konseptual qayəsi müasir cəmiyyətlərin keçirdiyi transformasiyalara dair fəlsəfi və nəzəri düşüncələr üzərində qurulub. Bu qayə Jil Delözün sərt intizam strukturlarından nəzarət mexanizmləri üzərində qurulmuş cəmiyyətlərə keçid konsepsiyasına istinad edir. Delözə görə, belə bir sistemdə hər hansı fərd artıq bütöv və sabit subyekt kimi deyil, müxtəlif məlumat vahidlərinə bölünə bilən bir varlıq kimi fəaliyyət göstərir. Eyni zamanda, sərgi Donna Haraueyin mütləq obyektivlik anlayışına yönəltdiyi tənqiddən çıxış edərək, biliyin hər zaman müəyyən mövqedən formalaşdığını, situativ, fraqmentar perspektiv və texnoloji hibrid kimliklərə söykəndiyini vurğulayır.

Bu ideyalar Vilem Flüsserin texniki təsvirləri dünyanı qavrama münasibətlərimizi formalaşdıran və tənzimləyən avtomatlaşdırılmış proqramlar kimi izah edən yanaşması, eləcə də Pyotr Piotrovskinin sənət tarixşünaslıq modeli ilə daha da genişlənir. Piotrovski bu modeldə Şərq bloku incəsənətini Qərb mərkəzli narrativlərə tabe olmayan, üfüqi regional dialoqlar yaradan əks-tarix kimi təqdim edir. Birlikdə bu nəzəri baxışlar sürətlə dəyişən dünyada hakimiyyət, texnologiya, təmsil və mədəni yaddaş arasındakı mürəkkəb əlaqələri araşdırmaq üçün əlverişli zəmin yaradır. Məhz buna görə də sərgi “hamı üçün mötəbər olan universal Şərqi Avropa narrativi” yaratmağı qarşısına məqsəd qoymur, əksinə, hər bir əsərin yerli və subyektiv ifadə imkanlarını, eləcə də təsvir, instalyasiya və multiproyeksiya kimi müxtəlif media vasitələri ilə formalaşan fərqli düşüncə və qavrayış üsullarını üzə çıxarmağı hədəfləyir. Burada əsərlər təkcə bədii obyekt kimi deyil, həm də dünyanı dərk etmənin və onun haqqında bilik yaratmanın özünəməxsus yolu kimi təqdim olunur.

"Errata"nın ekspozisiyası isə dörd əsas layihədən ibarətdir. Hər bir əsər süni intellekt və sosial medianın müasir insan davranışına təsiri ilə bağlı aktual sualları araşdırır. “Insilico” (2023) – real vaxt rejimində onlayn məlumat axınını insan davranışının ifadəsinə çevirən, təbii ölçülü animatronik maral fiqurudur; “Alluvion qobelenləri” (2024) – tarixi avtomatlaşdırılmış sistemlərlə maşın (cihaz) öyrənməsini birləşdirən mürəkkəb tekstil kompozisiyalarından ibarətdir və təbii təkamülün gələcəyini sual altına alır; “Palantir” (2020) – müşahidə estetikasına əsaslanan rəsm silsiləsidir. Burada təbiətdəki yırtıcı instinktlərlə sosial mediada formalaşan “qəbilə” davranış modelləri arasında paralellər qurulur. “Fəsadlar”(2025) – texnologiya ilə təbiət arasındakı sərhədlərin tamamilə silindiyi, “postinsan” mühitini təsvir edən genişmiqyaslı audiovizual instalyasiyadır.

“Errata” bilərəkdən birmənalı ekoloji və ya texnologiya əleyhinə narrativdən uzaq durur. Əksinə, daha narahatedici bir reallığı vurğulayır: süni intellekt və gen mühəndisliyindən asılılıq insan nəzarətindən kənarda uyğunlaşma, mutasiya və muxtar mövcudluq qabiliyyətinə malik yeni təkamül sistemləri və zəka formalarının yaranmasına səbəb ola bilər.

Sərgilər oktyabrın 25-dək davam edəcək.

Müxbir - Gülay Nəzərova
Fotoqraf - Orxan Kərimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub