Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb
Bakı, 13 iyun, AZƏRTAC
Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı son 24 saat ərzində üç nəfər artaraq 139-a çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat yayıb.
Məlumata görə, təsdiqlənmiş virusa yoluxma hallarının sayı 13 nəfər artaraq 689-a yüksəlib.
Afrika Birliyinin qurumu olan Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri son həftələrdə yoluxma hallarının təmaslı şəxslər üzrə izlənilməsi göstəricisi ilə bağlı narahatlığını ifadə edib. Konqo hökumətinin məlumatına əsasən, hazırda bu göstərici 61 faiz təşkil edir.
Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Xəstəliyin episentri İturi əyalətidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]