Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib
Bakı, 13 iyun, AZƏRTAC
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Torontodakı "Bimo Fild" stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 21-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Yovo Lukiç açıb. Kanadanın qoluna isə 78-ci dəqiqədə Kayl Larin imza atıb.
Qeyd edək ki, iyunun 13-ü səhər saat 05:00-da D qrupunun ABŞ - Paraqvay, axşam saat 23:00-da isə B qrupunun Qətər - İsveçrə oyunları keçiriləcək.
Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]