Böyük Britaniya hərbi variantlara hazır olduğunu bəyan edib
Bakı, 19 noyabr, AZƏRTAC
Böyük Britaniyanın müdafiə naziri Con Hili çərşənbə günü “hərbi variantlara” hazır olduğunu bildirib. Bu açıqlama Rusiyanın “Yantar” tədqiqat gəmisinin onu izləmək üçün göndərilən Britaniya pilotlarına lazer şüaları tuşlamasından sonra verilib.
AZƏRTAC xəbər verir ki, Britaniya Kral Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri milli təhlükəsizliyə potensial təhdidləri müntəzəm olaraq izləyir, həmçinin Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Rusiya gəmilərinə və sualtı qayıqlarına qarşı bu cür müşahidə missiyalarını daha tez-tez həyata keçirir.
Hili bildirib ki, Kral Hərbi Hava Qüvvələrinin pilotlarına lazer şüalarının tuşlanması “son dərəcə təhlükəlidir” və Böyük Britaniya “Yantar”ın növbəti hərəkətlərindən asılı olaraq adekvat cavab verməyə hazırdır.
“Yantar” gəmisinin kursunu dəyişəcəyi təqdirdə hərbi variantlarımız hazırdır”, - deyə nazir bildirib.
O əlavə edib ki, kəşfiyyat məlumatları toplamaq və sualtı kabellərin xəritəsini çəkmək üçün nəzərdə tutulmuş “Yantar” hazırda Şotlandiyanın şimalında, Britaniya sularının kənarında yerləşir. “Yantar”ın RAF-a qarşı bu cür hərəkətə keçməsi ilk dəfədir. Biz buna son dərəcə ciddi yanaşırıq”, - deyə Hili bildirib. O vurğulayıb: “Mən bizim sularımızda olan vaxt “Yantar”ın hərəkətlərini daha yaxından izləmək və nəzarət etmək məqsədilə Hərbi Dəniz Qüvvələrinin döyüş qaydalarına düzəliş etdim”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [10:30]
Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb
- 22.09.2026 [08:44]
Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxıb
- 22.09.2026 [05:25]
Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib
- 22.09.2026 [03:37]
Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb
- 22.09.2026 [03:26]
SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib
- 22.09.2026 [02:18]
Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb
- 22.09.2026 [01:40]
Kuba ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu pisləyib
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [18:40]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:38]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [18:34]
Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 21.09.2026 [18:26]
Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub
- 21.09.2026 [18:26]
Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub
- 21.09.2026 [18:11]
Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib
- 21.09.2026 [17:53]
Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir
- 21.09.2026 [17:49]
Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib
- 21.09.2026 [17:48]
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir
- 21.09.2026 [17:48]
MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib
- 21.09.2026 [17:40]