Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Britaniya parlamentində “ASAN xidmət”in uğurlarından danışılmışdır

Bakı, 11 iyul (AZƏRTAC). Böyük Britaniya parlamentində hökumət texnologiyalarının müzakirəsi ilə bağlı keçirilmiş “dəyirmi masa”da Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə və şəffaflığın artırılmasına istiqamətlənmiş “ASAN xidmət”in uğurlu fəaliyyəti yüksək qiymətləndirilmişdir.

“Dəyirmi masa” parlamentin üzvü Bob Bləkmanın təşəbbüsü ilə “Total Politics” jurnalı və Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunmuşdur.

Tədbirdə qeyd edilmişdir ki, “ASAN xidmət” müxtəlif dövlət idarələrinin xidmət sahələrinin bir çətir altına gətirilməsi prinsipi ilə fəaliyyət göstərir. Vətəndaşlar mərkəzlərdə dövlət orqanları və özəl qurumlar tərəfindən göstərilən 150-dən çox xidmətdən yararlana bilərlər. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağasi dəyirmi masada demişdir ki, bu təşəbbüs Azərbaycan rəhbərliyi tərəfindən irəli sürülüb. İlk “ASAN xidmət” mərkəzi 2013-cü ilin yanvarında, sonuncu altıncısı isə 2014-cü ilin mayında fəaliyyətə başlamışdır. Hər bir mərkəz gündə azı 2 min vətəndaşa xidmət göstərir və bu günə kimi xidmətdən 2 milyondan artıq insan istifadə etmişdir. Gələn ilin sonunadək bu xidmətin şəbəkəsinin bütün ölkəni əhatə etməsi planlaşdırılır. Başlıca məqsədimiz Azərbaycan vətəndaşları üçün xidmətlərin əlçatan olmasının və səmərəliliyinin təmin edilməsidir. “ASAN xidmət” mərkəzləri korrupsiyadan tamamilə azad və şəffaf məkan kimi tanınmışdır. Bizim mühəndislərin yaratdıqları növbə gözləmə sisteminə uyğun olaraq sifarişlər internet vasitəsilə verilə bilir və sifarişçilərin verdikləri sifarişə nə zaman baxılacağı haqda dəqiq məlumat olur. Bundan başqa, onlar növbələrinin çatması haqda öz telefonlarına bildiriş mesajı da alırlar. Bu isə əlavə vaxt itkisinin və vətəndaşlarda məyusluq hissinin yaranmasının qarşısını alır. Bir ziyarət ərzində vətəndaşlar bir neçə xidmətdən yararlana bilərlər. Bütün “ASAN xidmət” mərkəzlərində xidmət haqları xüsusi quraşdırılmış monitorlarda və istifadəçilər arasında paylanan qiymət vərəqələrində göstərilib. Bu vərəqələrdə, həmçinin tələb olunacaq sənədlər də əvvəlcədən siyahıya alınır. Yenilik bu işin, bu təşəbbüsün əsasını təşkil edir. Korrupsiya ehtimalını yox dərəcəsində saxlamaq üçün dövlət işçilərinin ödənişlə heç bir əlaqəsi yoxdur. Biz hər zaman “ASAN xidmət” mərkəzlərinin işinin mükəmməlləşməsinə çalışırıq. “ASAN xidmət” mərkəzlərinin orta yaş həddi 25 olan işçi heyəti hər cür vəziyyətdə və şəraitdə intensiv təlim keçmişdir. “ASAN” sisteminin bünövrəsində cavabdehlik dayanır və vətəndaşlara Skype, Facebook və başqa sosial şəbəkələr vasitələrlə öz fikirlərini bildirmək tövsiyə olunur. “ASAN xidmət”in əməkdaşları yaxşı işlədiklərinə görə mükafatlandırılırlar. Bu xidmətin yaxşılaşdırılması barədə fikirlərini və tövsiyələrini vətəndaşlar “ASAN” sisteminin yaratdığı “İdeyalar Bankı”nda bildirə bilərlər. Bütün “ASAN xidmət” mərkəzlərində uşaqlar üçün ayrılmış xüsusi otaqlar vardır. Valideynləri “ASAN xidmət”dən istifadə edən müddətdə uşaqlar bu otaqlarda saxlanılır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq və ictimai əlaqələr şöbəsinin rəhbəri Azad Cəfərli demişdir ki, “ASAN xidmət” mərkəzləri şəbəkəsi bürokratiyanın səviyyəsinin aşağı salınması üçün yaradılıb. Sorğu və təkliflər “108” telefon nömrəsi ilə ödənişsiz sorğu mərkəzinə zənglə, eləcə də, Facebook və Twitter vasitəsilə oluna bilər. Bir müddət əvvəl işə salınan səyyar “ASAN xidmət” vətəndaşlara öz evlərində xidmət göstərir və bu xidmət müqabilində əlillərdən və fiziki qüsurlu şəxslərdən xidmət haqqı alınmır. “ASAN xidmət”in qapıları həftənin bütün günləri vətəndaşlar üçün açıqdır. Bu yaxınlarda “ASAN xidmət” yüksək keyfiyyət göstəricisi olan ISO 9001:2008 sertifikatını almışdır. “ASAN xidmət” mərkəzi “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərən və hər zaman yüksək göstərici sertifikatını saxlayan yeganə qurumdur. Hazırda biz mobil xidmət növü olan “ASAN 2” sisteminin fəaliyyəti prinsipi üzərində iş gedir. Biz artıq “ASAN imza”nı tətbiq etməyə başlamışıq. Vətəndaşların maraqlarına cavab vermək və onların gözləntilərini qarşılamaq üçün “ASAN” hər zaman inkişaf edir. Məsələn, pasportun bir saata hazırlanması ilə bağlı gərgin iş və müzakirələr gedir. Azərbaycanda “ASAN” başqa hökumət idarələri üçün nümunəvi ictimai xidmət üzrə standartlar müəyyən etmişdir.

Lord Kilkluni çıxışında Bakıdakı “ASAN xidmət”in heç bir ölkədə analoqu olmayan, çox səmərəli bir sistem olduğunu qeyd etmişdir.

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer bu yaxınlarda Azərbaycana səfəri zamanı Bakıda “ASAN xidmət” mərkəzində olduğunu, orada xidmətlərdən yararlanan insanlarla görüşdüyünü söyləmişdir. O demişdir: “Şübhəsiz ki, bu mərkəzlərin korrupsiyanın səviyyəsinin aşağı salınmasında və ictimai inamın artırılmasında rolu böyükdür. Mən bu modelin digər ölkələrdə tətbiqinin tərəfdarıyam. Burada şəffaflığa riayət edilməsi əsas məsələlərdən biridir”.

Sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmiləri Londondakı Vestminister Şurasında (yerli özünüidarəetmə orqanı) olmuş, burada elektron hökumət xidmətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparmışlar.

Daha sonra qonaqlar əvvəllər müxalifətin kölgə hökumətinin yerli özünüidarəetmə orqanlarının icra aparatının rəhbəri olmuş, hazırda isə parlamentin üzvü Endi Sofordla görüşmüşlər. O, belə görüşlərin mütəmadi keçirilməsinin tərəfdarı olduğunu söyləmiş və qeyd etmişdir ki, “ASAN xidmət” modeli Britaniya hökumətində də tətbiq oluna bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ