RƏSMİ XRONİKA
BOYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYANIN KRALİÇASI ÜLYAHƏZRƏT II ELİZABETƏ
Ülyahəzrət,
Yubileyiniz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirməkdən məmnunluq duyuram.
Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, dost ölkələrimizin həyata keçirdiyi qarşılıqlı faydalı əməkdaşlıq, daim genişlənən əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 18 aprel 2006-cı il