Böyük Britaniyada yaşayan azərbaycanlı qadınlar BP-nin məsul işçisi ilə görüşüb
London, 21 yanvar , AZƏRTAC
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində Britaniyada yaşayan Azərbaycanlı Qadınların Assosiasiyasının (AWA) təşkil etdiyi “Ruhlandıran söhbətlər”in ilk qonağı 2018-ci ildən etibarən “British Petroleum” (BP) şirkətinin London ofisində qlobal biznes xidmətlərində insan resursları üzrə direktor vəzifəsində çalışan azərbaycanlı Leyla Novruzova olub.
Görüş zamanı L.Novruzova onu dinləməyə gələn azərbaycanlı və xaricdən olan xanımlar ilə karyerasının ilk günlərindən bu günədək olan təcrübəsini bölüşüb, iş həyatının çətin və eyni zamanda, maraqlı tərəfləri, insan resursları sahəsində işin özəllikləri, ailə və karyera arasındakı balansın qorunub saxlanması haqqında məlumat verib.
Daha sonra o, görüş iştirakçılarının suallarını cavablandırıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London