BP şirkətinin azərbaycanlı işçilərinin sayı azalıb
Bakı, 4 avqust, AZƏRTAC
Cari ilin birinci yarısında BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2268 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
BP-dən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı müddətli müqavilə əsasında işləyən işçilər də daxil olmaqla 2344 nəfər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]