BRİTANİYA UNİVERSİTETLƏRİ İSLAMÇILARLA MÜBARİZƏ HAQQINDA TƏLİMAT ALMIŞLAR
Ali təhsil naziri Bill Ramellin bu təhsil ocaqlarına göndərdiyi təlimatda “islam ekstremizmi”nin yayılması ilə mübarizə aparmaq yolları göstərilir. Sənəddən göründüyü kimi, islamçıların universitet və kolleclərdə nüfuzu hələlik böyük deyil, lakin onların ideyalarının sürətlə yayılması təhlükəsi vardır.
Ali Təhsil Nazirliyindən bildirmişlər ki, təlimat universitetlərlə, müsəlman tələbələr və hüquq mühafizə orqanları ilə məsləhətləşmələrdən sonra hazırlanmışdır. Britaniya hökuməti xüsusi vurğulayır ki, sənəd islama etiqad edən tələbələrə qarşı yönəldilməmişdir.
Ramellin sözlərinə görə, bu barədə tövsiyələr verilməsi o demək deyil ki, indi müəllimlər islama etiqad edən tələbələrə qarşı casusluqla məşğul olmalıdırlar. Sənəd akademik birliyi problemin ciddi olduğuna inandırmalıdır.
Son vaxtlar Britaniya KİV-ləri, alim və ekspertlər hökumətə dəfələrlə xəbərdarlıq etmişlər ki, “radikal islamizm” ideyalarının populyarlığı tələbələr arasında artmaqdadır. Lakin Müsəlman Tələbə Birlikləri Federasiyası əmindir ki, hakimiyyət orqanları problemin ciddiliyini şişirdirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]