BRİTANİYANIN İSTANBULDAKI KONSULLUĞU QARŞISINDA PARTLAYICI QURĞUNU KİM İŞƏ SALMIŞDIR?
Türkiyənin məhkəmə-tibb ekspertləri partlayıcı maddələri Britaniya konsulluğunun qarşısına gətirmək üçün Yalçının istifadə etdiyi avtomaşının kabinəsindəki tərinin, tüpürcəyinin izlərinin və saçlarının DNT analizini apardıqdan sonra onun terror aktında iştirakı tam sübuta yetirilmişdir. Həmin mənbənin məlumatına görə, İstanbuldakı sinaqoqların yanında partlayışlardan 15 gün əvvəl Yalçın Dubaya getmişdi.
“Milliyyət” qəzeti xəbər verir ki, Yalçın Türkiyəyə saxta sənədlərlə qayıtmış və İstanbulda törədilən bütün terror əməllərində iştirak etmişdir.
O, Britaniya konsulluğu qarşısında terror aktından sonra polisdən gizlənmişdir. Bundan əvvəl isə arvadını və uşaqlarını ölkədən çıxarmağa müvəffəq olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]