BŞTİ: Bağçalara işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb
Bakı, 13 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsahibələrə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 96 namizəd dəvət olunub. Müsahibələrdə ümumilikdə 91 nəfər iştirak edib.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilib. Namizədlər müsahibə mərhələsində uğur qazanmaq üçün üç meyar əsasında qiymətləndirilib.