BSU-da keçirilən görüşdə Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələrindən danışılıb
Bakı, 4 may, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıya gələn Cəvahirləl Nehru Universitetinin türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor Gous Mashkoor Khan ilə görüş keçirilib. Görüş V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, AMEA-nın Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Bədirxan Əhmədovun rəhbərliyi və MA-105-ci qrup magistrantlarının iştirakı ilə reallaşıb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən professor Bədirxan Əhmədov Azərbaycan və Hindistan ədəbi-mədəni əlaqələrindən, bu əlaqələrin genişlənməsinin hər iki ölkə üçün əhəmiyyətindən söz açıb.
Gous Mashkoor Khanın magistrantlara Cəvahirləl Nehru Universitetinin fəaliyyəti, Azərbaycanla Hindistan arasında ədəbi-mədəni əlaqələrin qurulması və inkişafı haqqında məlumat verib. Hindistanın adət-ənənələri haqqında da danışan Gous Mashkoor Khan Azərbaycan ədəbiyyatı ixtisası üzrə təhsil alan magistrantları maraqlandıran sualları cavablandırıb və onları Cəvahirləl Nehru Universitetində doktorantura üzrə təhsil almağa dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]