ELM VƏ TƏHSİL
BSU-nun kollektivi şəhid Nicat Şükürlünün məzarını ziyarət edib
![](/files/galleryphoto/2022/3/1200x630/16655839641895125463_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655839642272321796_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655839644479341050_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələr Vətən müharibəsi şəhidi Nicat Şükürlünün məzarını ziyarət ediblər.
BSU-dan AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı şəhidin məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Qeyd edilib ki, Nicat Şükürlü BSU-nun Humanitar və sosial elmlər fakültəsinin məzunu olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Bakı Slavyan Universiteti tərəfindən 2022-ci ildə Nicat Şükürlünün xatirəsinə həsr olunmuş “Nicat yolu” sənədli filmi çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [20:19]
Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib
- 02.07.2024 [19:30]
Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış
- 02.07.2024 [17:56]
Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib
- 02.07.2024 [17:30]
AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq
- 02.07.2024 [16:52]