BSU-nun Qərbi Azərbaycanla bağlı nəşrlərinin NDU-da sərgisi təşkil edilib
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Bakı Slavyan Universitetinin (BSU) Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzində hazırlanmış “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın 8 dilə tərcümə olunmuş nəşri, “Qərbi Azərbaycan folkloru etnopedaqogika mənbəyi kimi” dərs vəsaiti və proqram, eləcə də “Qərbi Azərbaycan şivələrinin leksikasının tədqiqi” adlı kitabların Naxçıvan Dövlət Universitetində (NDU) sərgisi təşkil edilib.
Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib.
Bildirilib ki, sərgi çərçivəsində nümayiş edilən kitablar Naxçıvan Dövlət Universitetinə hədiyyə olunub. Bu nəşrlər Qərbi Azərbaycanın tarixi-mədəni irsinin, folklorunun, dil xüsusiyyətlərinin və qayıdış ideyasının elmi əsaslarla öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.