BU DƏFƏ CƏHDLƏRİ BAŞ TUTMADI
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Gürcüstan Ədliyyə Nazirliyi Cəzanın İcrası Departamentinin istintaq təcridxanasından dörd məhbus qaçmağa çalışmışdır. Lakin bu dəfə həbsxananın mühafizə əməkdaşları və növbətçi əməliyyat qrupunun üzvləri cəhdin qarşısını almışlar. Onlar kamerada nəfəsliyi sökmüş, qıfılı mişarla kəsmiş, mələfələrdən ip düzəldərək 3-cü mərtəbədən həyətə düşmüş və divardan aşaraq qaçmaq istəyən quldurların üstünü almışlar.
Xatırladaq ki, son iki ayda Gürcüstanda islah-əmək müəssisələrindən və istintaq təcridxanalarından 49 məhbus, o cümlədən 20 nəfər xüsusi təhlükəli cinayətkar qaçmışdır. Sonra axtarış-əməliyyat tədbirləri zamanı qaçqınlardan ikisi polislə atışma zamanı öldürülmüş, biri çayda bataraq boğulmuş, bir neçəsi isə yaxalanmışdır. Lakin quldurların əksəriyyəti indiyədək tutulmayıbdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]