Bu gün dördüncü sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq
Bakı, 5 may, AZƏRTAC
Bu gün saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IV sinif şagirdlərinin yerdəyişməsi dayandırılacaq.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, fevralın 21-dən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib. Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir.