CƏMİYYƏT
Bu il Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı ciddi addımlar atılacaqdır
Bakı, 9 iyul (AZƏRTAC). Bu il Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı ciddi addımlar atılacaqdır.
Bu sözləri jurnalistlərə müsahibəsində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov demişdir.
Əli Əhmədov bildirmişdir ki, səhiyyə sisteminin maliyyələşməsi mexanizmi köklü surətdə dəyişəcəkdir. Bu isə o qədər də asan bir iş deyildir. Tibbi heyətin hazırlanması və digər işlər görülməlidir. Bu istiqamətdə hazırlıq işləri aparılır. Bu il ciddi addımlar atılacaqdır. İcbari tibbi sığorta səhiyyənin maliyyələşməsində həkim-xəstə münasibətlərində bütövlüklə yeni münasibətlərin yaradılmasını nəzərdə tutur. Düşünürəm ki, icbari tibbi sığortanın tətbiq olunması ilə bəzi mənfi hallar köklü surətdə aradan qaldırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]