Bu il Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq
Qax, 21 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2026-cı ildə Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru səlahiyyətlərini icra edən, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, bu il teatrın səhnəsində Aleksandr Veselovun “Günəş və qar adamları”, Osman Abdullayevin “Təpəgöz”, Mixail Suponinin “Çılğın keçi” əsərləri, həmçinin rus xalq nağılı əsasında “Qazlar və qu quşları” tamaşaya qoyulacaq.
Hazırda yaradıcı kollektiv repertuar plana daxil edilən Aleksandr Veselovun “Günəş və qar adamları” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqləri başa çatdırmaq üzrədir. Rejissor Araz Mehrablının quruluş verdiyi tamaşanın rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Yeni tamaşa mayda uşaqlara təqdim olunacaq.
Müxbir – Mustafa Dadaşov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:05]
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
- 17.10.2026 [17:58]
Qazaxda 12 yaşlı qızı avtomobil vurub
- 17.10.2026 [17:31]
Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib
- 17.10.2026 [16:15]
Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO
- 17.10.2026 [15:01]
Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB
- 17.10.2026 [14:03]
Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO
- 17.10.2026 [13:48]
Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]