Bu ilin birinci rübündə 253 nəfər peşə kurslarına cəlb edilib
Bakı, 12 aprel, AZƏRTAC
Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 253 nəfər əmək bazarının tələblərinə uyğun müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Təhsil Nazirliyi ilə birgə hazırlanaraq təsdiq edilmiş tədris proqramları əsasında təşkil olunan kursları bitirənlərə sertifikatlar təqdim olunub.
Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün də tədbirlər görülür.