Bu ilin son Günəş tutulması başlayıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Bu gün 2024-cü ilin son Günəş tutulması başlayıb.
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, Günəş tutulması Bakı vaxtı ilə saat 19:42-də başlayıb və saat 01:47-də bitəcək. Tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək.
Bu tutulma halqalı Günəş tutulmasıdır. Halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır.
Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edir. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkündür.
Qeyd edək ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.10.2026 [16:24]
Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]