Bu ilin sonunadək Həştərxandan Azərbaycana 25 ton nərə balığı kürüsü göndəriləcək
Moskva, 18 noyabr, AZƏRTAC
Rusiyanın Həştərxan vilayəti bu ilin sonuna kimi Azərbaycana 25 ton nərə balığı kürüsü ixrac edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Babuşkin özünün teleqram kanalında yazıb. Həştərxan nümayəndə heyətinin Bakıda keçirilən XI Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirakını şərh edən qubernator bildirib ki, yayda Həştərxan Azərbaycana iri həcmdə nərə balığının mayalanmış kürüsünü ixrac edib. Bu ilin sonunadək daha 25 ton belə kürü Azərbaycana yola salınacaq.
İ.Babuşkin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafının perspektivli olduğunu vurğulayaraq qeyd edib ki, artıq indi Astara-Bakı-Həştərxan dəmir yolu vasitəsilə Azərbaycan, Türkiyə, İrandan Rusiyaya və digər MDB ölkələrinə məhsullar danışır. Bu daşımaların həcminin gələcəkdə ildə 1 milyon tondan çox olacağı ehtimalı var.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]