Bu ilin üç rübündə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 550 milyon dollar olub
Kiyev, 18 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 550 milyon dollara yaxın olub.
AZƏRTAC xəbər verir ki, dövr ərzində Azərbaycan bu ölkədən 204,5 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 345,2 milyon dollar olub.
Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.
Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]