“Buta Airways”in reyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir
Bakı, 29 yanvar, AZƏRTAC
Fevralın 1-dən etibarən “Buta Airways” aviaşirkətinin bütün aviareyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir.
Aviaşirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan sonra uçuşa avtomatik qeydiyyat zamanı bir bron çərçivəsində aviabilet alan bütün sərnişinlər sistem tərəfindən bir-birinin yanında pulsuz olaraq əyləşdiriləcək.
Həmçinin fevralın 1-dən etibarən uçuş hava limanlarında qeydiyyatın qiyməti 8 avro təşkil edəcək. Bu, qeydiyyat masalarında növbələrin azalmasına və aviaşirkətin cədvəlində gecikmələrin minimallaşdırılmasına imkan verəcək.
Saytda onlayn-qeydiyyat əvvəlki kimi pulsuz xidmət olaraq qalacaq. Onlayn qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat funksiyasından, həmçinin IOS və “Android” bazasında işləyən smartfonlar üçün yeni "Buta Airways" mobil əlavəsindən istifadə etmək mümkündür. Öncədən onlayn qeydiyyatdan keçmiş baqajla səyahət edən sərnişinlər hava limanında pulsuz "Baqajın qəbulu" (“Baggage Drop”) masasından istifadə edə bilərlər. Onlayn qeydiyyatdan keçən sərnişinlər üçün minik talonunun çap edilməsi xidməti də pulsuz olaraq qalacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]