Buxarest Universitetinin professoru AzMİU-da tələbələr üçün ustad dərsi keçib
Bakı, 23 yanvar, AZƏRTAC
Buxarest Universitetinin professoru Katalin D.Konstantin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin tələbələri üçün ustad dərsi verib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Katalin D.Konstantinin “Avropa şəhərlərinin meydanları və onların tarixi” mövzusunda mühazirəsi tələbələrin marağına səbəb olub. Rumıniyalı alim tələbələrin suallarını cavablandırıb və dərs qarşılıqlı müzakirələrlə davam edib.
Tədbirin ərsəyə gəlməsində Rumıniyanın ölkəmizdəki səfirliyinin rolunu yüksək qiymətləndirən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova belə dərslərin tələbələr üçün böyük əhəmiyyətini vurğulayıb.