Cari ildə Türkiyədə 1746 terrorçu zərərsizləşdirilib
İstanbul, 31 dekabr, AZƏRTAC
Cari ildə Türkiyə daxilində aparılan antiterror əməliyyatları zamanı 1746 terrorçu zərərsizləşdirilib.
AZƏRTAC Türkiyənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, zərərsizləşdirilən şəxslərdən 107-si təhlükəli terrorçu kimi axtarışda olub. Bildirilir ki, il ərzində ölkə üzrə 147 min 562 təhlükəsizlik əməliyyatı keçirilib. Terrorçuluqda şübhəli bilinən 75 min 239 nəfər həbs olunub.
Daxili işlər naziri Süleyman Soylu bildirib ki, aparılan qətiyyətli mübarizə nəticəsində PKK terror təşkilatı yaşayış yerlərindən təmizlənərək mağaralara sıxışdırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]