Azərbaycan Dövlət İnformasiya Agentliyi

CARİ İLİN BİRİNCİ YARISINDA AZƏRBAYCAN İQTİSADİYYATININ YÜKSƏK SÜRƏTLƏ İNKİŞAFI DAVAM ETMİŞDİR

Xəbər verildiyi kimi, avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Ölkəmizin şəhər və rayonlarında təşkil olunan yığıncaq və müşavirələrdə ictimaiyyətin nümayəndələri iclasdan irəli gələn vəzifələri müzakirə edirlər. AZƏRTAC-ın müxbirlərinin həmin tədbirlərdən hazırladıqları materialları təqdim edirik.

SƏBAİL RAYONU

Rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov uğurla həyata keçirilmiş iqtisadi siyasət nəticəsində, son illərdə olduğu kimi, cari ilin birinci yarısında da respublikamızın sosial-iqtisadi inkişafında ciddi nailiyyətlərin əldə olunduğunu bildirmişdir. Hesabat dövründə ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) həcminin 2003-cü ildəki 3,1 milyard manatdan 2008-ci ildə 18,5 milyard manata, adambaşına düşən ÜDM istehsalının 15,2 faiz artaraq 2 min 169 manata və ya 2 min 600 ABŞ dollarına çatdığı vurğulanmışdır. Bildirilmişdir ki, hesabat dövründə rayonun sənaye müəssisələri üzrə 206 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz çox məhsul istehsal edilmişdir. İqtisadiyyatın dövlət sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı 364,7 manat, qeyri-dövlət bölməsində isə 862 manat olmuşdur. İlin birinci yarısında rayonda 2082 yeni iş yeri açılmışdır ki, bunun da, demək olar, hamısı daimi iş yerləridir. Ümumilikdə isə, 2003-cü ilin oktyabrından 2008-ci ilin iyuluna qədər rayonda 27 min 326 yeni iş yeri açılmışdır.

Çıxış edənlər təhsil, səhiyyə, idman, nəqliyyat sahəsindəki uğurlar, tikinti-quruculuq, təmir işləri barədə hesabat vermiş, Bibiheybət buxtasında neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsi çərçivəsində artıq 140 hektarlıq sahənin təmizləndiyi, burada yaşıllıqların salındığını vurğulamışlar.

Nailiyyətlərlə yanaşı, problemlərdən də danışılmış, çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.

SALYAN RAYONU

Müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.

Rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov çıxışında bildirmişdir ki, 2007-ci ilə nisbətən kənd təsərrüfatı məhsullarının ümumi həcmi 8,6 milyon manat (90,4 faiz) artaraq 18,6 milyon manata, sənaye məhsulunun həcmi 349 min manat (2,4 faiz) artaraq 14,9 milyon manata, pərakəndə satış 16,4 milyon manat (56,8 faiz) artaraq 45,3 milyon manata, pullu xidmət 3,5 milyon manat (76,5 faiz) artaraq 8,2 milyon manata çatmışdır.

Bildirilmişdir ki, altı ayda rayonda Olimpiya İdman Kompleksi və 220 mva-lıq “Salyan” yardımçı stansiyası, Qardili kəndində 200, Yeni Uluxanlı kəndində isə 220 yerlik müasir tipli məktəblər tikilmiş, kərpic və konserv zavodları işə salınmışdır. İlin birinci yarısında rayonda 48314 ton taxıl, 2620 ton kartof, 3235 ton tərəvəz, 277 ton meyvə toplanmışdır.

YEVLAX RAYONU

Yığıncaqda rayonda görülən işlərdən, problemlərdən və qarşıda duran vəzifələrdən danışılmış və əminlik ifadə edilmişdir ki, gələcəkdə daha böyük uğurlar qazanılacaqdır.

İcra hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsində demişdir ki, cari ilin birinci yarısında rayonda ümumi daxili məhsulun həcmi 142,6 milyon manat olmuşdur. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 48 milyon manat, yaxud 50,7 faiz çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7587 ton çox taxıl, 389,2 ton kartof, 77,4 ton meyvə, 367,2 ton ət, 19,8 ton süd, 5 ton yun, 250 min ədəd yumurta istehsal olunmuşdur. 2008-ci ilin yarım ilində sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat, rabitə və digər xidmətlər hesabına 662 yeni iş yeri açılmışdır.

Bildirilmişdir ki, bütün maliyyə mənbələri hesabına 39,9 milyon manat kapital qoyulmuş, yeni inzibati, məktəb binaları tikilmiş, təmir edilmiş, park və meydanlar yenidən qurulmuşdur. İçməli suyu olmayan 8 kənddə sutəmizləyici qurğular quraşdırılmış, şəhərə və kəndlərə içməli su xətləri çəkilmişdir. Aran qəsəbəsinə və Yəldili kəndlərinə təbii qaz verilmişdir.

NEFTÇALA RAYONU

Yığıncaqda Azərbaycanda həyata keçirilən tədbirlərin kompleks xarakter daşıdığı, gələcəkdə kənd təsərrüfatı istehsalının davamlı inkişaf etdirilməsinin vacibliyi vurğulanmış, son 5 il ərzində ölkədə ümumi daxili məhsulun 2,7 dəfə artması, 700 mindən çox yeni iş yerinin açılması nadir göstərici kimi dəyərləndirilmişdir.

İcra hakimiyyətinin başçısı Taleh Qaraşov hesabat məruzəsində demişdir ki, “Neftçala Yod-Brom” Açıq Səhmdar Cəmiyyətinin, Xıllı nərə balıq artırma zavodunun istehsal imkanları artmış, 20 min hektar torpaq sahəsinə su verəcək Neftçala magistral kanalının tikintisi sürətlənmiş, şəhid ailələri və Qarabağ əlilləri üçün 48 mənzilli yaşayış binası ucaldılmışdır. Altı ayda rayonda geniş tikinti-quruculuq və abadlıq tədbirləri həyata keçirilmiş, H.Cavid adına mədəniyyət və istirahət, “Gənclər” və “Neftçilər” parkları əhalinin istifadəsinə verilmişdir.

Bildirilmişdir ki, Neftçalanın iqtisadi resursları çoxdur və iş adamları rayonda yaradılmış sağlam sahibkarlıq mühitindən yararlanmaqla fəaliyyətlərini genişləndirmək imkanına malikdirlər.

HACIQABUL RAYONU

İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov hesabat məruzəsində bildirmişdir ki, ilin birinci yarısında rayon üzrə məhsul buraxılışının həcmi 43,3 milyon manat olmuşdur ki, bu da ötən ilin həmin dövrü ilə müqayisədə 11,7 milyon manat çoxdur. Taxıl istehsalı 12,4 min tona, tərəvəz istehsalı 1904 tona, meyvə istehsalı 1705 tona, süd istehsalı 7036 tona, ət istehsalı 2245 tona, yumurta istehsalı 55 min ədədə, yun istehsalı 199 tona çatmışdır. Mal-qaranın sayı cari ilin birinci yarısında 31785 baş, davarların sayı 114,2 min baş olmuşdur. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 460 və 4140 baş artıqdır.

Çıxış edənlər hesabat dövründə görülmüş işləri yüksək qiymətləndirərək, qarşıda duran vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə inam ifadə etmişlər.

SUMQAYIT ŞƏHƏRİ

Şəhər icra hakimiyyətinin başçısı yanında Şuranın geniş yığıncağında icra hakimiyyətinin başçısı Vaqif Əliyev və digər natiqlər bildirmişlər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Sumqaıtda istehsalın ümumi həcmi 29 faiz artmış, 180 milyon manatlıq məhsul istehsal edilmişdir. Sənaye sahəsində çalışanların sayı 15 min nəfəri ötmüş, orta əmək haqqı 230 manat təşkil etmişdir. İstehsalın həcmində özəl sektorun payı 70 faizə çatmışdır. Hesabat dövrü ərzində 2200-ə yaxın yeni iş yeri yaradılmışdır.

Bildirilmişdir ki, səhiyyə, mədəniyyət müəssisələrinin, mənzil fondunun maddi-texniki bazasının yaxşılaşdırılması, yolların təmiri və inşası, yaşayış massivlərində qızdırıcı sistemin yaradılması, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması üçün xeyli iş görülmüşdür.

Sumqayıtlı məzunlar ölkənin ali məktəblərinə qəbul imtahanlarında nəzərçarpacaq uğurlar əldə etmişlər, Pekində keçirilən Olimpiya oyunlarına yola düşmüş nümayəndə heyətimizin tərkibində Sumqayıt idmançısı da vardır.

Vaxtında görülən səmərəli tədbirlər əhalinin qaz və elektrik enerjisinin haqqını vaxtında ödəməsinə, su sayğaclarının quraşdırılmasının dinamikasına müsbət təsir göstərmişdir. Sayğaclaşdırmanı ilin sonunadək başa çatdırmaq nəzərdə tutulmuşdur.

İclasda şəhərin həyatının müxtəlif sahələrinə dair mühüm problemlər müzakirə olunmuş, qarşıya qoyulan vəzifələrin gələcəkdə də uğurla yerinə yetiriləcəyi bildirilmişdir.

ZƏNGİLAN RAYONU

Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev hesabat məruzəsində ölkənin yarımillik sosial-iqtisadi göstəriciləri barədə məlumat vermiş, müxtəlif sahələrdə, o cümlədən ordu quruculuğunda qazanılmış uğurları xatırlatmışdır. Natiq bildirmişdir ki, rayon üzrə məhsul istehsalının həcmi 11,2 faiz, o cümlədən kənd təsərrüfatında 51 faiz artmışdır. Mal-qaranın sayında da artım qeydə alınmışdır. Bu müddətdə 198 yeni iş yeri açılmış, aztəminatlı 147 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur. Adambaşına düşən gəlir 321 manat, orta aylıq əmək haqqı 110 manat təşkil etmişdir.

Məruzəçi və digər çıxış edənlər gənc ailələrin qayğılarından, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasından, əhaliyə göstərilən səhiyyə xidmətindən, təhsilin vəziyyətindən də danışmışlar. Yeni dərs ili ərəfəsində 4 məktəb dövlət, 1 məktəb isə qeyri-hökumət təşkilatının vəsaiti hesabına əsaslı təmir olunmuşdur. Ali məktəblərə sənəd vermiş məzunların 121 nəfəri tələbə adını qazanmışdır.

KÜRDƏMİR RAYONU

Son yarım ildə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərdən söhbət açılan yığıncaqda rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov məruzə etmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində hesabat dövründə Kürdəmir rayonunda da xeyli iş görüldüyünü, ümumi daxili məhsul istehsalının 93 milyon 355 min manata çatdığını vurğulamışdır.

Bildirilmişdir ki, rayon iqtisadiyyatının inkişafına 7 milyon 909 min manat sərmayə qoyulmuşdur. Əsas kapitala yönəldilmiş sərmayələrin 61,2 faizi istehsal, 38,8 faizi isə qeyri-istehsal təyinatlı obyektlərin inşasında istifadə olunmuşdur. Magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri, əhalinin elektrik enerjisi və təbii qazla daha yaxşı təminatı sahəsində mühüm işlər görülmüşdür. Rayonun uzun müddət təbii qazdan istifadə etməyən 16 kəndinə təbii qaz verilmiş, digər kəndlərə yeni qaz və su xətləri çəkilmişdir. Taxılçılıq, üzümçülük, kartofçuluq, heyvandarlıq dinamik inkişaf etmiş, bu mövsümdə 60 min 200 ton taxıl istehsal edilmişdir.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, tikinti və s. sahələrdə görülmüş işlər, habelə həlli vacib məsələlər barədə də ətraflı söhbət getmişdir.

ŞƏKİ RAYONU

Keçirilən şura iclasında şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramından irəli gələn vəzifələrin Şəkidə də uğurla yerinə yetirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ilin birinci yarısında rayonda 103 milyon 856 min manatlıq məhsul buraxılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur. Buraxılan məhsulun 13,4 faizi dövlət, 86,6 faizi isə özəl bölmənin payına düşür. Hesabat dövründə rayonda 431-i daimi olmaqla, 5893 yeni iş yeri yaradılmışdır. 211 min ton və ya ötən ildəkindən 100 min ton çox taxıl istehsal olunmuşdur. Üzümçülük və meyvəçilik inkişaf etdirilir. 3 hektar sahədə yeni üzüm bağı salınmış, Çələbixan qəsəbəsi yaxınlığında üzüm emalı müəssisəsinin tikintisinə başlanılmışdır. Yeni yaradılan istehsal müəssisələrində 200 nəfərə yaxın rayon sakini daimi iş yeri tapmışdır.

N.İbrahimov demişdir ki, rayonda ərzaq təhlükəsizliyinin təmin olunması üçün ildə 3 min ton hind toyuğu əti istehsal edəcək fermanın, istehsal gücü 7 min ton olan broyler fabrikinin və ildə 110 milyon ədəd yumurta istehsal edəcək quşçuluq kompleksinin tikintisinə başlanılacaqdır.

İclasda çıxış edənlər görülən işlər barədə danışmış, Şəkidə mədəni irsin qorunmasına, turizmə daim böyük diqqət və qayğı göstərildiyini, beynəlxalq tədbirlər keçirildiyini vurğulamış, qarşıda duran vəzifələrə toxunmuşlar.

GÖYÇAY RAYONU

Rayonun sosial-iqtisadi inkişafı, əhalinin məşğulluğunun təmin olunması, özəl sektorun tərəqqisi, aparılan abadlıq və quruculuq işləri cari ilin birinci yarısında diqqət mərkəzində saxlanılan əsas məsələlər olmuşdur. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov demişdir ki, abadlıq və quruculuq işlərinə daxili imkanlar hesabına 1 milyon manat vəsait xərclənmiş, kiçik və orta sahibkarlığın inkişafı nəticəsində 430 nəfər işlə təmin edilmişdir.

Cari ilin altı ayında Göyçay şəhər stadionu əsaslı təmir olunmuş, Çaxırlı kəndində “Naftalan” Sağlamlıq Mərkəzi yaradılmış, Göyçay Olimpiya-İdman Kompleksinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış evinin, rayon təhsil şöbəsi üçün inzibati binanın, Yekəxana kəndində 360 yerlik, Mirzəhüseynli kəndində 132 yerlik məktəblərin tikintisi davam etdirilmişdir.

Bildirilmişdir ki, hesabat dövründə rayonda ümumi məhsul istehsalının həcmi 58 milyon 212 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 milyon 785 min manat və ya 37,2 faiz çoxdur.

İclasda idarə və təşkilat rəhbərləri görülən işlər barədə məlumat vermişlər.

AĞDAŞ RAYONU

Bu ilin birinci yarısında rayonda 1675, o cümlədən 390 daimi yeni iş yeri açılmışdır. Yeni inzibati binalar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 48 mənzilli yaşayış evi istifadəyə verilmişdir. Ağdaş Olimpiya-İdman Kompleksinin, tikiş fabrikinin və Heydər Əliyev Fondunun vəsaiti hesabına musiqi məktəbinin inşası davam etdirilir. Bu barədə icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev hesabat məruzəsində məlumat vermişdir. O bildirmişdir ki, bu ilin ilk iki rübündə rayonda istehsal edilmiş ümumi məhsulun həcmi 55 milyon 900 min manat olmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 900 min manat və ya 27 faiz çoxdur. 2007-ci ilin birinci yarısına nisbətən sənaye məhsulu istehsalında 21 faiz, pərakəndə əmtəə dövriyyəsində 50,1 faiz artım müşahidə olunmuşdur.

Yığıncaqda ayrı-ayrı sahələr üzrə görülən işlər haqqında məlumatlar dinlənilmiş, mövcud problemlərdən danışılmışdır.

                                                AĞCABƏDİ RAYONU

Hesabat yığıncağında icra hakimiyyətinin başçısı Şahin Məmmədov respublikada, o cümlədən Ağcabədidə gedən sosial-iqtisadi inkişafdan danışmışdır. Bu ilin ilk yarım ilinin rayon üçün uğurlu olduğunu deyən məruzəçi bildirmişdir ki, sənayedə 6.336 min, kənd təsərrüfatında 32.573 min manatlıq məhsul istehsal edilmiş, tikintidə 10.443 min manatlıq iş görülmüşdür. İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 93.096 min manat olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqaisədə 77,6 faiz çoxdur. Rayonun yerli büdcəsinin xərcləri 7.643.606 manata çatmış, altı ayda 1126 yeni, o cümlədən 473 daimi iş yeri açılmışdır.

Xüsusi vurğulanmışdır ki, səhiyyə obyektlərinin, orta məktəblərin inşası və əsaslı təmiri, inzibati binaların istifadəyə verilməsi, şəhərin mərkəzində yeni Muğam mərkəzinin, sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 7 mərtəbəli 126 mənzilli yaşayış binasının tikilməsinə, mədəniyyət evinin əsaslı təmirinə başlanılması yaddaqalan hadisələrdir. Kəndlərdə subartezian quyuları qazılmış, su xətləri çəkilmiş, yollara asfalt döşənmişdir.

Çıxış edənlər rayonda gedən sosial-iqtisadi inkişafdan, qarşıda duran vəzifələrdən danışmışlar.

                                                 GORANBOY RAYONU

Şura üzvlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Elşən Abasov 2008-ci ilin birinci yarısında rayonda görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs etmişdir. Bildirilmişdir ki, respublikada olduğu kimi, Goranboyda da iqtisadiyyatın dinamik inkişafı nəticəsində əhalinin həyat səviyyəsi xeyli yüksəlmişdir. Özəl bölmənin inkişafına yaradılmış sağlam şərait bu sahənin inkişafını daha da sürətləndirmiş, nəticədə ümumi məhsul buraxılışının həcmində onun xüsusi çəkisi 79,8 faiz olmuşdur.

Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında tərəqqi əldə olunmuş, 53360 ton taxıl yığılmışdır. Bu, keçən ilin göstəricisindən 32472 ton çoxdur. Ət, süd, yun, yumurta istehsalı artmışdır. İlin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalı 2,9 milyon manat və ya 21,1 faiz artaraq 16,6 milyon manata çatmışdır.

Bitkiçiliyin və heyvandarlığın inkişafı, idman obyektlərinin və yeni müəssisələrin açılması da diqqət mərkəzində olmuşdur.

Yığıncaqda elektrik enerjisi, qaz və su təchizatı sahəsində görülən işlər də geniş təhlil edilmişdir.

                                                         SİYƏZƏN RAYONU

İclasda bildirilmişdir ki, hesabat dövründə rayonda istehlakçılara 45,4 milyon kilovatsaat elektrik enerjisi, 17,1 milyon kubmetr qaz verilmişdir. Ümumi sahəsi 1757 kvadratmetr olan 20 fərdi yaşayış evi tikilmişdir. Əlil və şəhid ailələri üçün dövlət vəsaiti hesabına 16 mənzilli binanın, şəhərdə 640 yerlik orta, Gilgilçay kəndində əsas məktəb binasının inşası davam etdirilir.

Rayon icra hakimiyyətinin başçısı Əflatun Rufiyev məruzəsində bildirmişdir ki, ötən yarım ildə 56 miyon manatlıq məhsul istehsal edilmişdir. Burada qeyri-dövlət sektorunun xüsusi çəkisi 69,2 faizdir. Ümumi məhsul buraxılışının 59,9 faizi kənd təsərrüfatının, 13,6 faizi sənayenin payına düşür. Sənaye məhsulu istehsalı əvvəlki illə müqayisədə 2 dəfə artmışdır. 24,2 min ton neft, 5,7 milyon kubmetr qaz hasil edilmiş, 8 min 800 kubmetr çınqıl çıxarılmışdır. Emal sənayesində 470,9 min manatlıq məhsul buraxılmışdır.

Çıxışlarda mövcud problemlər və onların aradan qaldırılması yolları barədə də söhbət getmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib