Cəbəllütariq muxtar hökumətinin rəhbəri İran tankeri ilə bağlı bəyanat verib
Bakı, 12 iyul, AZƏRTAC
Cəbəllütariq muxtar hökumətinin rəhbəri Fabian Pikardo Britaniya hərbi donanmasının saxladığı İran tankeri ilə bağlı bəyanat verib. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bəyanatda tankerdə 2,1 milyon barrel yüngül xam neftin olduğu və Avropa İttifaqının (Aİ) Suriyaya tətbiq etdiyi sanksiyalara rəğmən bu ölkəyə göndərildiyi təsdiq olunub.
Hökumət başçısı qeyd edib ki, beynəlxalq sanksiyalarla qadağan edilmiş mallar və məhsullar Cəbəllütariqə məxsus sulardan keçə bilməz. Onun sözlərinə görə, tankerdəki yüngül xam neft səyyar laboratoriya vasitəsilə ekspertizadan keçirilib və müvafiq sənəd hazırlanaraq Aİ-nin rəhbərləri Jan-Klod Yunker və Donald Tuska göndərilib. Pikardo əlavə edib ki, bütün bu proseduralar Cəbəllütariq muxtar hökumətinin yekdil qərarı ilə həyata keçirilib və baxılması üçün Ali Məhkəməyə təqdim olunub.
İran isə Qərb ölkələrindən, xüsusən Böyük Britaniya hökumətindən tankerin buraxılmasını tələb edir. Rəsmi Tehran qarşı tərəfi bu addımların ağır nəticələr doğuracağı ilə təhdid edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
- 11.06.2026 [10:25]
Küveyt hava məkanını yenidən açıb
- 11.06.2026 [06:21]
Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir
- 11.06.2026 [05:49]
Çində partlayış nəticəsində 7 nəfər ölüb
- 11.06.2026 [04:16]
Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək
- 11.06.2026 [02:59]
ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]