İQTİSADİYYAT
“Cəlilabad” EŞ Müəssisəsində avadanlığın sazlığı həmişə diqqət mərkəzindədir
Bakı, 3 aprel (AZƏRTAC). “Cəlilabad” Elektrik Şəbəkə (EŞ) Müəssisəsi avadanlığın təmiri və bərpası işlərini yerinə yetirir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, müəssisədə son üç ayda sayğacların giriş xəttinə 3,4 kilometrdən artıq koaksial kabel xətti çəkilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Eyni zamanda, bir sıra küçələrdə yeni dirəklər basdırılmış və ümumilikdə 10 kilovoltluq elektrik hava xəttinin 6,4 kilometrdən artıq hissəsində və 0,4 kilovoltluq xətlərin 2,2 kilometrə yaxın hissəsində təmir işləri aparılmışdır.
Cari ilin iki ayında istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması ilə bağlı keçirilmiş reydlər zamanı 150-yə yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmiş, 1 milyon 105,9 min kilovat-saata yaxın itirilmiş elektrik enerjinin 66,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.