Cənubi Koreyada hakim partiyanın sədri istefa verib
Pekin, 13 dekabr, AZƏRTAC
Cənubi Koreyada hakim “Xalq hakimiyyəti” Partiyasının sədri Kim Gi-hyen artan təzyiqlər fonunda istefa verib.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, aprel ayında keçiriləcək parlament seçkisi ərəfəsində partiyada islahatlar aparılması üçün təzyiqlərin, istefa çağırışlarının son vaxtlar çoxalmasından sonra sədr belə qərar qəbul etdiyini açıqlayıb. İstefa qərarını “Facebook” vasitəsi ilə açıqlayan Kim Gi-hyen bildirib ki, o, bütün qüvvəsini partiyasının seçkilərdə qalib gəlməsinə yönəldəcək.
Qeyd edək ki, Kim Gi-hyen “Xalq hakimiyyəti” Partiyasının sədri vəzifəsində cəmi 9 ay işləyə bilib. O, ölkənin hazırkı başçısı Yun Sok Yolun dəstəyi ilə partiyanın sədri seçilmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]