Ceyhun Bayramov: Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır
Bakı, 4 noyabr, AZƏRTAC
Ermənistanla Azərbaycan arasında postmünaqişə dövrünə aid bir sıra məsələlər var. Buraya nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsi də daxildir. Bu məsələ Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatda yer alıb. Eyni zamanda, Azərbaycan-Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası keçirilməyib. Ümumilikdə bu, normal hal deyil. Dövlətlər arasında olan sərhədlərin müəyyənləşdirilməsinin sivil qaydaları var. Bu proses baş verməlidir.
Bunu AZƏRTAC-a müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib: “İki ölkə arasında postmünaqişə dövrünün məsələlərinin həllinə dair bir çox təşəbbüslər də mövcuddur. Qonşu, region dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan tərəfi heç vaxt danışıqlardan çəkinməyib. Danışıqlarla bağlı çağırışlara hər zaman qarşılıq vermişik. Mövqeyimiz ədalətlidir və beynəlxalq hüquqa əsaslanır. Ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında hər zaman münasibətləri normallaşdırmağa hazırıq. Bunun üçün görüşlər keçirmək lazım olacaqsa, biz görüşlərə açığıq. Təbii ki, gələcəkdə belə görüşlərin keçirilməsi istisna deyil”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]
İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub
- 13.06.2026 [10:15]
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
- 13.06.2026 [09:15]
Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
- 13.06.2026 [09:00]
İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür
- 12.06.2026 [23:55]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]