Ceyhun Bayramov: Tədris prosesi bərpa edildikdən sonra sanitar qaydalara xüsusi nəzarət olunacaq
Bakı, 27 aprel, AZƏRTAC
Tədris prosesi bərpa edildikdən sonra sanitar qaydalara xüsusi nəzarət olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 27-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, siniflərdə şagirdlərin sıxlığı müzakirə ediləcək və lazımi qərarlar qəbul olunacaq.